"Sizi İrandan qoruyacağıq"- Pentaqon Ər-Riyadı sakitləşdirib
Səudiyyə Ərəbistanı (SƏ) terrorçuluqla mübarizədə və bölgəsel təhlükəsizliyin təmin olunmasında Birləşmiş Ştatların açar müttəfiqdir. Ər-Riyad Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dayağı qismində çıxış edir, terrorla mübarizədə və İranın sabitliyi pozan fəaliyyətinə qarşı çıxış edən aparıcı iştirakçılardan biridir.
Səudiyyənın ünvanına fevralın 11-də bütün bunları ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kibri səsləndirib. Bu barədə cümə günü «Əl-Ərəbiyyə» televiziyası xəbər verib.
Pentaqonda qeyd ediblər ki, ABŞ sərhədlərinin qorunmasında Səudiyyə Ərəbistanına kömək etmək niyyətindədir. Həm də göstərilib ki, Ağ Evə yeni administrasiyanın gəlişi ilə Ər-Riyada kömək və onun xarici təcavüzdən qorunması məsələsində dəyişiklik yoxdur.
«Bizim siyasətimizdə və Səudiyyə Ərəbistanının səhədlərinin qorunması məsələsində heç nə dəyişməyib» - Kibri bəyan edib.
Globall.az
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: