"Rusiya Donbasda pis süpriz hazırlayır... -
gərginliklə nəticələnəcək”- Arestoviç
Donbasda gərginlik qaçılmazdır.
Turkustan xəbər verir ki, bunu Ukraynanın Üçtərəfli Kontakt Qrupundakı rəsmi nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç deyib. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar dalana dirənib və onları ölü nöqtədən yalnız ABŞ tərpədə bilər:
“Kreml bizə təzyiq cəhdlərini dayandırmayacaq. Mən dəqiq tarix deyə bilmərəm, amma işartılar var ki, bu cəhd yazda, yaya yaxın müddətdə ola bilər.
Moskva konflikt zonasından hansısa pis sürpriz hazırlayır və bu, gərginliklə nəticələnəcək”.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: