Suriyadan Türkiyə ərazisinə keçməyə çalışan rusiyalı İŞİD üzvləri saxlanılıb
Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü kimi axtarışda olduğu bildirilib.Xatırladaq ki, ötən gün qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatay şəhərinin Reyhanlı rayonunda saxlanılıblar. Saxlanılanlar arasında İnterpolun mavi xətlə axtarışa verdiyi 26 yaşlı S.A. adlı İŞİD-çi qadın da olub.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: