Ermənistanda koronavirus: son bir gündə 223 nəfər yoluxub, 1 nəfər ölüb

Ermənistanda son sutka ərzində daha 223 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 169 820 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə həm də 1 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3156 olub.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 794 nəfərdir.
Hazırda ölkədə 4 293 aktiv koronavirus xəstəsi var.
Oxunub: 422
Xəbəri paylaş
Paylaş: