Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Dövlətin 50, 100 milyonunu qamarlayan adama toxunmurlar. Niyə?"- “Rüşvət almayan nazirlərimiz də var...”
  • “HAMISI RÜŞVƏT PULLARIDIR!” – Deputat 450 minlik maşın alan Qazaxın İH başçısını və... /İTTİHAM
  • DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞLARI TUTULDU - Rüşvət alarkən yaxalanıblar
  • “YAP rəhbərliyinə təsadüfi adamlar çıxıb...” – "Beləsini irəli çəkmək səhv addım idi"
  • "Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq: verilir, ya yox"
  • “Hər rayonu bir oliqarxa tapşırmaq lazımdır”- “Adamın bir evi, bir avtomobili, bir bağı olar da...”

    • Tarix: 15-03-2021, 09:53



    Uzun illər kölgə iqtisadiyyatı, korrupsiya, tutduqları vəzifələrin səlahiyyətlərindən qanunsuz istifadə etməklə zənginləşib böyük imkanlar əldə edən keçmiş məmurların, nazirlərin əməllərinə görə cavab verəcəyi zaman da olmalıdır. Son dövrlər bəzi sabiqlərin həbs edilməsi, bir sıra şəxslərin istintaqa çağırılması haqda xəbərlərin yayılması belə inam yaradır ki, dövlət büdcəsini, xalqın pulunu dağıdanlar, nəhayət, qanun qarşısında cavab verməyə başlayırlar. 
    Eyni zamanda gənc və təmiz reputasiyalı kadrların irəli çəkilməsi ümidləri gücləndirir. Bu addımların nə dərəcədə effektiv olacağı isə, sözsüz ki, nəticədən asılı olacaq.
    Mövzu ətrafında Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Azpolitika-ya müsahibə verib.
    Həmin müsahibəni təqdim edirik:

    - Vahid müəllim, bir deputat, hakimiyyətin nəzarət qolunun nümayəndəsi kimi ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində hakimiyyətin atdığı addımları, gördüyü işləri qənaətbəxş sayırsınızmı?

    - Mən korrupsiya və onun verdiyi ziyanla bağlı fikirlərimi daima bildirmişəm. Dövləti laxladan məsələlərdən biri də korrupsiya faktlarıdır. Bununla əlaqadar dövlət başçısı, cənab İlham Əliyev müəyyən addımlar atır, kadr islahatları aparır, gənclərə böyük etimad göstərir, oliqarxları vəzifədən kənarlaşdırır. Mən istəyirəm ki, bu istiqamətdə aparılan işlərin sürəti aşağı düşməsin.

    Bu yaxınlarda dövlət başçısı çıxışında bir neçə nəfərin adını çəkdi. Hesab edirəm ki, bu proses sürətlənməlidir. Eləcə də hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdır. Əgər biz Azərbaycanı gözəl dövlətə çevirmək, demokratik əsasları bərkitmək istəyiriksə, korrupsiyaya qarşı mübarizə canlanmalıdır. Atılan addımlar hətta kifayət etməsə belə, davam etdirilməlidir. Ümid edirəm ki, belə də olacaq.

    - İndi bizim müşahidə etdiyimiz odur ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində sabiq məmurlar həbs edilir. Sizcə, korrupsiyaya qarşı mübarizə hansı fomada getməlidir ki, nəticəsi olsun?

    - Əslində, mən belə şəxslərin içəri qoyulmasının tərəfdarı deyiləm. Onun korrupsiya yolu ilə əldə etdikləri özündə qalır və özü də bir neçə ildən sonra həbsdən çıxır və beləcə topladıqlarını əlində saxlamaqda davam edir. Məncə, korrupsionerlərin əlində və xaricdə olan vəsaitini əldə etmək lazımdır.
    Mən məsələ qaldırdım, dedim ki, gəlin maliyyə amnistiyası haqqında düşünək, buna gedək. Yəni maliyyə amnistiyası haqqında qanun qəbul edilsin. Bu insanlar da qorxmasınlar, oğurluq və ya doğurluqla əldə etdikləri vəsaiti gətirib Azərbaycana qoysunlar. Yəni qorxmasınlar. Çünki Azərbaycan qətiyyətli müharibə apararaq işğal olunan ərazilərini azad edib.
    İndi bu ərazilərin bərpası üçün bizə kifayət qədər maliyyə lazımdır. Hər oliqarxa bir rayonu tapşırmaq olar. O mənadakı vəsaitini gətirib rayonda tikinti, infrastruktur işləri aparsın, kommunikasiya xətlərini həyata keçirsin. Bu baxımdan maliyyə amnistiyasının verilməsinin tərəfdarıyam.

    Amma aydındır ki, korrupsiya ilə mübarizə aparmağın yolları müxtəlifdir. Təxminən oliqarxların kimlər olduğu, nə qədər vəsait mənimsəyə bildikləri aşağı-yuxarı bəllidir. Həmin vəsaiti yavaş-yavaş onlardan geri götürmək, dövlət büdcəsinə köçürmək lazımdır.
    Sözsüz ki, dövlət büdcəsindən bu maliyyə işğaldan azad olunan rayonlara, qazilərimizə və digər sosial sahələrə istifadə edilməlidir.
    Amma həbs etdikdən sonra bu insanlar oğurladıqları vəsaiti vermirlər, etiraz edirlər. Ümumən korrupsiyaya qarşı ictimai nəzarət də olmalıdır.

    - Varmı?

    - Bizdə ictimai nəzarət aşağı səviyyədədir. Vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatı ilə bağlı məsələ öz müsbət həllini tapmayıb. Hesab edirəm ki, qeyri-hökumət təşkilatları kifayət qədər fəaliyyət göstəriblər, ictimai fəaliyyətlə məşğul olublar. Yəni bu qurumlar Azərbaycanda kifayət qədərdir. Cənab Prezident də qeyd edib ki, ictimai nəzarəti gücləndirmək vacibdir.
    Ola bilsin ki, hansısa qanunlarda dəyişikliyə ehtiyac var. Hər halda düşünürəm ki, bu məsələdə ictimai nəzarət əsas prinsiplərdən biridir. Həmçinin rüşvət alan qədər onu verən də məsuliyyət daşıyır. Ona görə də, elə etməliyik ki, insanlarımızın çoxu bu yola getməsinlər. Düzdür, bir çox hallarda buna məcbur olurlar.

    Digər bir məqam kimi deyərdim ki, məhkəmə sistemində islahatlara böyük ehtiyac var. Məhkəmə sistemi azad və sərbəst olsa, bir sıra məsələlər həllini tapar. Çox təəssüflər olsun ki, göstərişlər verilsə də, ciddi islahatlar getmədi. Hər halda mən bunu görmürəm və o islahatlar da getmir.

    - Yəni hesab edirsiniz ki, bu mübarizə ictimai nəzarət və azad məhkəmə institutu olmadan effektiv olmayacaq?

    - Məhkəmə sistemi azad olmalı, sərbəst qərarlar qəbul etməlidir. İkinci tərəfdən də ictimai nəzarəti gücləndirmək lazımdır. Məncə, bu çox böyük əhəmiyyət kəsb edir.

    - Belə fikirlər irəli sürülür ki, dünyanın istənilən ölkəsində korrupsiya mövcuddur. Bu baxımdan korrupsiyanın kökünü kəsməyə cəhd mənasızdır...

    - Əlbəttə, korrupsiya halları bütün dövlətlərdə var. Amma bir var sən bilirsən ki, filankəs korrupsiya edir, amma göz yumursan. Bir də var adam vəzifəsindədir və bundan yararlanaraq gizli şəkildə oğurlayır. Sonra ya həbs edilir, ya da oğurladıqlarını qaytarmaq məcburiyyətində qalır. Mən hesab edirəm ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün imkanlar var.
    Bunun üçün şəffaflığı təmin etmək lazımdır. Dövlət büdcəsindən xərcləmələrə nəzarət olmalıdır. Habelə, bir sıra orqanlar yoxlamaları daha ciddi şəkildə aparmalıdır. Məhkəmə institutu sərbəst qərarlar qəbul etmək üçün özü də sərbəst olmalıdır. Bütün bunlar korrupsiyaya qarşı mübarizədə rol oynaya bilər.

    - Təcrübəli insan kimi, Azərbaycanda məmurların biznesə sərbəst yol tapa bilməsinin səbəbini nədə görürsünüz?

    - Qanun məmur və deputatların bizneslə məşğul olmasını qadağan edir. Amma bizdə müstəqillik elan olunduqdan bir-iki il sonra bütün məmurlar bizneslə məşğul olmağa başladılar. Bizneslə məşğulsansa, bu işin arxasınca getməlisən. Yox, əgər buna getmirsənsə, tutduğun siyasi vəzifəyə, dövlət işinə uyğun fəaliyyət göstərməlisən. Yəni biznes və məmurluq ayrı-ayrı fəaliyyət növləridir. Təəssüflər olsun ki, bizdə buna əməl olunmur. Məmur imkan tapan kimi biznesə maraq göstərir.
    Əlbəttə, bu olmamalıdır. Qeyd edim ki, biz "Rəqabət Məcəlləsi" adlı qanun hazırlamışdıq. Bu, hətta dövlət başçımız tərəfindən Strateji Yol Xəritəsinə də salınmışdı. Ümid edirik ki, bu il həmin qanun layihəsi, nəhayət, qəbul olunacaq. Qarşıdan hökumətin hesabatı gəlir. Yəqin ki, Milli Məclisdə çıxışım zamanı bu məsələyə də toxunacağam.
    Hesab edirəm ki, indi bazarda qiymətlərin bu şəkildə olmasının bir səbəbi də Rəqabət Məcəlləsinin qəbul edilməməsidir. Çünki məcəllə qəbul edilmədiyi halda bazarda azad və ədalətli rəqabət olmur, inhisarçılıq baş alıb gedir. Əslində bu ciddi məsələdir və qanun mütləq qəbul edilməlidir. Bundan başqa, məmurların gəlir deklarasiyasına dair qanun var.
    Dövlət başçısı Nazirlər Kabinetinə göstəriş verib ki, deklarasiyanın formasını hazırlasın. Təəssüflər olsun ki, bu qanunun tətbiqinə dair də problem var. Biz Milli Məclisdə bu məsələnin üzərinə çox gedirik, qaldırırıq. Təəssüflər olsun ki, buna o qədər də diqqət yetirilmir. 

    - Vahid müəllim, son dövrlər Əmək və Əhalinin sosial müdafiə naziri olmuş Səlim Müslümov saxlanıldı, eləcə də Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər və Təhsil nazirləri həbs edildi, başqa keçmiş məmurlarla bağlı addımlar atıldığı da qeyd edilir. Sizcə, digər korrupsionerlər bundan nəticə çıxararaq qanunsuz əməllərinə son verəcəkmi?

    - Mən düşünürdüm ki, 44 günlük müharibə ilə ərazilərini işğaldan azad edən Azərbaycanda insanlar daha dəyişəcək. Başqa sözlə, daha rüşvət və korrupsiya hallarına yol verməzlər. Millət 44 gün içərisində bir nəfər kimi cənab Prezidentin arxasında dayandı, siyasi partiyaların hamısı hökuməti dəstəklədi.
    Müharibə qurtardıqdan az sonra mən baxdım, gördüm yenə hərə öz ampluasındadır. Əslində burada insani məqam da var. Bir insanın bir evi, bir avtomobili və bir bağı olar. Mən bəzən saytların və blogerlərin verdiyi məlumatları oxuyuram. Özlərinə nə qədər evlər, imarətlər tikiblər, xaricdə nə qədər mülklər, obyektlər, mənzillər alırlar. Nəyə görə? Heç olmasa bunu xaricdən alınca, gəl Azərbaycanda tik ki, insanlar gəlib orada işləsin... Yəni bunları başa düşmək mümkün deyil.
    On görə də bu istiqamətdə sərt siyasətin aparılmasına ehityac var. Dövlət başçısı gənc kadrları təyin edib. Məsələn, Mikayıl Cabbarov, Sahil Babayev, Abdullayev və digərləri.
    Əslində bir zamanlar insanların ən çox şikayət etdiyi sahə Vergilər Nazirliyi və ya bu sistem idi. Amma bu gün mən sahibkarlarla görüşürəm, müzakirələr aparırıq, bir sahibkarın şikayəti yoxdur. Vergidəki problemlər aradan qaldırıldı. Kim qaldırdı? Mikayıl Cabbarov nazir olduqdan sonra böyük dəyişikliklər etdi.
    Ona görə də, hazırda vergi sahəsində problem yoxdur. Deməli, bunu istənilən sahədə etmək olar və mümkündür. Başqa sözlə, kadrlardan da çox şey asılıdır.

    - Razılaşın ki, irəli çəkilən gənc kardların sələflərinin yolu ilə getməyəcəyinə inam da azdır...

    - Mən inanmıram ki, ona getsinlər. Çünki irəli çəkilən hər bir gənc kadr həm də karyerasını fikirləşir. Onlar belə yolla getsələr bir-iki ilə bu özünü büruzə verəcək. Belə işləri gizlin saxlamaq da mümkün deyil. Mən İqtisadiyyat Nazirliyinin strukturuna baxıram, onlar çalışırlar ki, təmiz işləsinlər. Çünki perspektivərini düşünürlər.
    Həmçinin cənab Prezident son zamanlar müşahidə şuraları yaradır. Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçilik İdarəsi və digər qurumları müşahidə şuralarına verdi. Məqsəd korrupsiya və rüşvətxorluğun qarşısını almaq, əgər problemlər varsa, onları aradan qaldırmaqdır.

    - Vahid müəllim, müşahidələr göstərir ki, son günlər ərzaq məhsullarının, əksər malların qiymətində ciddi artım var. Sizcə, qiymətlərin artması üçün təbii səbəblər mövcuddur, yoxsa bu da süni prosesdir və nəticədə əziyyət çəkən xalq olur?

    - Bir daha təkrar edim ki, Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Elə etmək lazımdır ki, bazarda azad rəqabət mühiti olsun, heç kəsə fərqli şərait yaradılmasın.
    İkincisi, bizdə dizelin qiyməti 30 faiz, benzinin qiyməti 10 faiz, suyun qiyməti iki dəfə artıb. Amma bazarda qiymətlərə baxanda görürük ki, qiymətlər azı iki dəfə artıb. Nəyə görə? Qiymət ən pis halda 30 faiz qalxa bilər. Bəli, elə məhsullar var ki, biz onu istehsal etmirik, xaricdən gətiririk. Onların niyə qiyməti artmalıdır?
    Axı, onların maya dəyərinə nə dizelin, nə neftin, nə də suyun təsiri ola bilər. İqtisadiyyat Nazirliyinin Anti-İnhisar İdarəsi bununla bağlı bəzi işlər görür. Bildiyim qədər bir neçə təşkilatı cərimə ediblər.
    Amma sahibkarlar da düşünməlidir ki, əhalinin bunu almaq imkanı olsun. İmkan olmayanda, sənin də gəlirin, dövriyyən aşağı olacaq. Bu mənada qiymətlər subyektiv deyil, obyektiv olmalıdır. İndiki dövr üçün ən önəmli məsələ budur.

    - Son zamanlar ictimai nəqliyyatın, elektrik enerjisinin və qazın qiymətinin artırılacağına dair fikirlər dolaşır. Bu istiqamətlərdə qiymət artımı gözləniləndirmi?

    - Mən, hələlik bu istiqamətlərdə qiymət artımını gözləmirəm. Hesab edirəm buna ehtiyac yoxdur. Mümkündür ki, bu məsələ yay mövsümündə gündəmə gələ bilər. Ancaq indilikdə bu barədə deyilənləri əsaslı hesab etmək olmaz.

    Rasim ƏLİYEV

    Oxunub: 378
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.