GENERAL-LEYTENANT RÖVŞƏN ƏKBƏROV HƏBS EDİLİB -
4 aylıq həbs qətimkan tədbiri seçilib /Yenilənib
General-leytenant Rövşən Əkbərov həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.
***
"Qafqazinfo"nun məlumatına görə, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.
Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib.
Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.
qətlə yetirilən iş adamı Elçin Əliyev