Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Baş Prokurorluq təsdiqlədi: General-leytenant Rövşən Əkbərov həbs olunub
  • GENERAL-LEYTENANT RÖVŞƏN ƏKBƏROV HƏBS EDİLİB - 4 aylıq həbs qətimkan tədbiri seçilib /Yenilənib
  • Eyvazov Rövşən Əkbərovun bacısı oğluna vəzifə verdi
  • Rövşən Əkbərovun yerinə bu general təyin olundu - FOTO
  • “İndi deyəcək söz yoxdur” – Elçin Quliyevdən cavabsız reaksiya
  • Rövşən Əkbərovun cinayəti - UKRAYNADAN SENSASİON DƏLİLLƏR

    • Tarix: 16-03-2021, 09:24

    Rövşən Əkbərovun cinayəti – Ukraynanın sensasion dəlilləri

    General-leytenant Rövşən Əkbərovun həbsi barədə xəbərlər yayılandan sonra bütün diqqət illərdir mediada hallanan məşhur qətl işinə yönəlib.
    Yada salaq ki, Ukrayna Prokurorluğu R.Əkbərovun dəhşətli bir cinayətdə iştirakı barədə əldə etdiyi dəlil-sübutu ictimailəşdirmişdi.
    Globall.az musavat.com-a istinadla bir müddət öncə ictimailəşən sözügedən sensasion materialı təqdim edir:
    19 ildir ki, Rövşən Əkbərovun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqur kimi keçir. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub.
    O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı.

    Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.

    Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub.

    Rövşən Əkbərov artıq 2020-ci ilin noyabrından vəzifədə deyil. Səmayə Əliyevanın vaxtilə redaksiyaya ünvanladığı məktubda qətllə bağlı ciddi faktlar, iddialar yer alır.

    Həmin məktubunda Səmayə Əliyeva oğlunun qatilinin o zaman Kiyevdə hərbi akademiyada oxuyan Rövşən Əkbərovun olduğunu qeyd edir:
    “Elçinlə Rövşənin arasında o vaxtlar söz-söhbət olub, amma bunun səbəbi bizə məlum deyil. Oğlumun cənazəsini Kiyev şəhərindən Nazim İbrahimov və oğlumla birlikdə iş birliyində olan Səməd Novruzov Bakıya gətirdilər. Soruşacaqsınız ki, ailə üzvlərindən cənazəni gətirməyə kimsə getmişdimi?
    Bizim Kiyevə getməyimizi şəxsən Nazim İbrahimov, hansı səbəbdənsə, məsləhət bilmədi. Yeganə oğlumun qatilinin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir. O vaxtlar Ukraynada müvəqqəti işlər vəkili, sonradan Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov oğlumun yas mərasimində iştirak edərkən mənə bildirdi ki, Səmayə ana, bu işin arxası ilə getməyin. Dedi ki, bu cinayətin arxasında böyük qüvvələr durur.

    Elçin Əliyev 1 iyun 2001-ci ildə Kiyev şəhərində qəsdən öldürülüb. Bundan sonra fakt üzrə Ukrayna Prokurorluğu cinayət işi başlayıb və cinayəti törədən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması, hadisəni törətdikdən sonra qaçıb gizlənməsi müəyyən edilib. Buna görə də cinayət dosyesi 27 fevral 2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

    Oğlum Elçin Əliyevə qarşı cinayəti hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində yüksək komandan postu tutan general Rövşən Əkbərov (məktub ictimailəşərkən R.Əkbərov vəzifədə idi – red.) tərəfindən törədilməsinə dair hələ iş Ukrayna Respublikasında olarkən, kifayət qədər faktlara, məlumatlara və sənədlərə malik idik.
    Ukrayna hüquq-mühafizə orqanları da cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair mötəbər sübutlar əldə etdikdən sonra işi Baş Prokurorluğa göndərmişdi. Onun hərbçi olması nəzərə alınaraq, 8 aprel 2003-cü ildə cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verildi.
    Hərbi Prokurorluq aparılan iş üzrə həqiqətin müəyyən edilməsinə kömək etmədi. Buna görə bizim çoxsaylı şikayətlərimizdən sonra cinayət işi Hərbi Prokurorluğun icraatından götürülüb 24 fevral 2004-cü ildə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verildi.

    12 may 2004-cü ildə iş üzrə istintaq aparılması bu idarənin xüsusi işlər üzrə böyük müstəntiqi Rasim Hacıyevə həvalə olundu. Rasim Hacıyev istintaq hərəkətlərini davam etdirmək üçün Ukrayna Respublikasında oldu və onunla əlaqə saxlayarkən cinayəti törətmiş şəxsin tezliklə məsuliyyətə cəlb olunacağına dair bizdə inam yaratdı. Lakin sonradan nədənsə cinayəti törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün heç bir real addım atılmadı və sübutların azlığı bəhanə gətirildi.

    Daha sonra cinayət işi Rasim Hacıyevin icraatından götürülərək hərəkətlərindən Nəsimi Rayon Məhkəməsinə şikayət etdiyimiz Rövşən Maqsudovun icraatına verildi. Rövşən Maqsudov apardığı istintaq hərəkətləri və qəbul etdiyi prosessual qərarlar barədə bizə heç bir məlumat vermirdi. Nəticədə biz onun hərəkətlərindən Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova və Baş prokurora şikayət etmək məcburiyyətində qaldıq. Bizim bu şikayətlərimiz də fayda vermədi.

    Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada 9 oktyabr 2007-ci ildə Rövşən Maqsudovun qanunsuz hərəkətsizliyindən ərazi aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. İşi icraatına qəbul edən hakim İkram Şirinov bu halda “şikayətin başqa qaydası” nəzərdə tutulmasını əsas göstərərək ona baxmaqdan imtina etdi. Hakimin tövsiyəsinə uyğun olaraq 28 dekabr 2007-ci ildə Rövşən Maqsudovun hüquqlarımızı pozan hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. Bu şikayət də hakim Şirinovun icraatına verildi.

    Hakim Şirinov şikayətə açıq məhkəmə iclasında, tərəflərin iştirakı ilə baxılmasını və əvvəllər bizə verilməyən bir sıra prosessual qərarların surətlərinin təqdim olunmasını təmin etsə də, cinayət tənqidi orqanının qanunsuz hərəkətlərinə aid şikayətimizi təmin olunmamış saxladı.
    Məhkəmə qərarının 3-cü vərəqində bu iş üzrə istintaq müddətinin sonuncu dəfə Azərbaycan Respublikası Baş prokurorunun 26 dekabr 2007-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə – 12 aprel 2008-ci ilədək uzadılması (bu barədə bizə heç bir məlumat verilməmişdi) qeyd olunur, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 84.5.16., 218.8. və 218.9 maddələrinə istinad edilməklə istintaq müddətinin uzadılmasının prosessual rəhbərliyi həyata keçirən prokurorun hüququ olması göstərilir. Məhkəmə qərarının həmin vərəqdəki digər hissəsində göstərilir: “Azərbaycan Respublikası CPM-nin 449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydası müəyyən edilib.
    Həmin maddədə şikayət olunan hərəkət və qərarların dairəsi konkret göstərilib. Qeyd olunan maddədə istintaq müddətinin uzadılmasına dair istintaq orqanının qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz”.

    Səmayə Əliyeva qeyd edir ki, onlara təqdim olunan məhkəmə qərarının 4-cü vərəqinin əvvəlində Rövşən Əkbərovun onun oğlunu qəsdən öldürməkdə ittiham edildiyi yazılır: “26 fevral 2003-cü il tarixdə Əliyev Elçin Faday oğlunun öldürülməsi faktına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı Əkbərov Rövşən Telman oğlu barəsində Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb”.

    CPM-nin 223.1. və 223.2. maddələrinə istinad edən hakim daha sonra qərarın həmin vərəqində aşağıdakıları qeyd edir: “Göründüyü kimi, ibtidai istintaq zamanı hər hansı şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi istintaqı həyata keçirən şəxsin toplanmış mötəbər sübutların məcmusu ilə yanaşı, həm də onun daxili inamı ilə bağlı olan müstəsna hüququdur və məhkəmə qərarı əsasında istintaqı həyata keçirən şəxsə bu cür göstərişin verilməsi qanunun tələblərinə ziddir və yolverilməzdir…
    Belə olan halda aydın olur ki, şikayətçinin müstəntiq R.Maqsudovun “kifayət qədər sübutlar” mövcud olmasına baxmayaraq, general Rövşən Əkbərovu məsuliyyətə cəlb etməməkdə ifadə olunan hərəkətsizliyinin qanunsuz olması barədə” qərar qəbul edilməsinə dair tələbi də əsassızdır və təmin edilə bilməz”.

    “Telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsi…”

    Səmayə Əliyeva məktubunda davam edir:
    “Birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, cinayət təqibi orqanı nəinki yerinə yetirdiyi (və habelə yetirməli olduğu) hərəkətlər barədə bizi məlumatlandırmayıb, bu orqan hətta hüquqlarımızın həyata keçirilməsi və qanuni mənafeyimizlə bağlı qəbul edilən prosessual surətlərini belə təqdim etməyib. Buna baxmayaraq, cinayət işinin istintaqı hələ Ukrayna Respublikasında aparılarkən qəsdən adam öldürmə cinayətinin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair aşağıdakı sübutların mövcudluğu barədə məlumatlı idik:

    2 iyun 2001-ci ildə cənab Nazim İbrahimovun, Musaxan Əliyevin və Səməd Novruzovun (bu şəxslərin hər ikisi Ukraynada yaşayır və hadisə barədə tam məlumatlıdırlar) onlara etdiyi telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsinə;

    Hadisəni görən Məzahir Şıxəliyevin Rövşən Əkbərovu fotoşəkil üzrə tanımasına və bu barədə Kiyev şəhərinin Şevçenko rayon müstəntiqinə verdiyi ifadəsinə;

    Hadisəni görən Məzahir Şıxəliyevin həyatı üçün təhlükə yaranmasına görə qaçıb-gizlənməsinə və hazırda da bu səbəbdən Azərbaycana qayıtmaqdan çəkinməsinə;

    Məzahir Şıxəliyevin hadisə vaxtı Əkbərov tərəfindən döyülərək sağlamlığının qısa müddət pozulmasına dair xəsarət alması barədə səlahiyyətli məhkəmə-tibb ekspertinin 3 saylı 6 iyun 2001-ci il tarixli rəyinə;

    Oğlumuzun ölümünə səbəb olan kəsici-deşici alətlə yetirilmiş zədələrin süngü bıçaqla yetirilməsinə (bu bıçağı yalnız general Rövşən Əkbərov daimi üstündə gəzdirir) dair səlahiyyətli məhkəmə-tibb ekspertinin rəyinə;

    Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı kimi R.Əkbərova diplomatik toxunulmazlıq hüququna malik olmasına dair saxta sənəd verilməsinə;

    Səlahiyyətli istintaq orqanlarının çağırışına baxmayaraq, R.Əkbərovun Ukrayna hüdudlarını elə həmin gün tərk etməsinə şərait yaradılmasına;
    Ukrayna Respublikasından daxil olan həmin cinayət işinin istintaq aidiyyətı üzrə hərbi prokurorluğa verilməsinə (bu prokurorluğun məhz hərbiçilər tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olması mübahisələndirilməyən haldır);

    İşin digər hallarına.

    Bunlardan başqa, hakimin qərarı ilə tanışlıq belə təəssürat yaradır ki, işdə həqiqətən də cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar mövcuddur, çatışmayan yeganə hal Maqsudovun daxili inamıdır. Halbuki bu vəziyyətdə cənab Maqsudovun daxili inamının süburlarla ziddiyyət təşkil etməsinin səbəbləri göstərilməli idi”.

    “Bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?”

    Səmayə Əliyev qeyd edir ki, Rövşən Əkbərov övladını döyüş bölgəsində deyil, Kiyevin mərkəzində, restoranın qarşısında qətlə yetirib:
    “Rövşən Əkbərov oğlum Elçin Əliyevi dövlətə silahlı basqın və digər hallarla əlaqədar olaraq müharibə şəraitində deyil, məzuniyyətdə olub vaxt keçirdiyi Kiyev şəhərində restoranın qarşısında qətlə yetirib.
    Onun hazırkı vaxtadək cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan Silahlı Qüvvələrindəki iyerarxiya üzrə yüksək post tutması ilə əlaqədar idi. Ancaq buna görə cinayət təqibi orqanı Rövşən Əkbərova konstitusiya və beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan toxunulmazlıq statusu verirdi.
    Bu iş üzrə ibtidai araşdırma aparan müstəntiq Rövşən Maqsudov və həmçinin prosessual nəzarəti həyata keçirən prokurorlar nəinki Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərova, hətta onun leytenantı olan hər hansı şəxsə belə münasibətdə müstəqil deyildilər. Cinayət işinin istintaqının uzun müddət aparılması (bunun hüquqi yardım göstərilməsi ilə əlaqədar bəhanələrlə əsaslandırılması), sübutların mövcudluğu vəziyyətində Əkbərovun məsuliyyətə cəlb olunmaması, cinayət təqibi orqanının və ona rəhbərlik edən şəxslərin astagəl davranışı müstəqilliyin deyil, asılılığın göstəricisidir.

    Yeganə oğlunu itirən valideynlər kimi hesab edirik ki, şəxs yalnız poqona görə general olmur (və ya olmamalıdır). Şəxs həm də düşüncəsinə, hərəkətlərinə, davranışına və əxlaqına görə general olmalıdır. Hörmətli məhkəmə isə cinayəti törədən şəxsin general, zərərçəkənin isə mülki şəxs (və ya əksinə) olmasını əsas götürməlidir.

    Bizim son tələbimiz odur ki, bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?

    “Guya ki, istintaq gedir. 19 il istintaq gedər?”

    Hüquq-mühafizə orqanları Rövşən Əkbərovun qorxusundan Prezidentə düzgün məlumat vermirlər və həmin məlumatların yerinə, ona və cinayətdə əli olan insanlara sərf edən informasiyalar ötürürlər.
    Guya istintaq gedir. 19 il istintaq gedər? Ukrayna Baş Prokurorluğunun verdiyi məlumat doğru və dürüst məlumatdır. Axı Ukrayna Baş Prokurorluğunun qərarı niyə icra olunmur?
    Ukraynanın Baş Prokurorluğundan bizim ünvanımıza göndərilən məlumata Ukrayna Respublikası cavabdehdir. Nəzərə alınmalıdır ki, Ukraynada istintaq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub.
    Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh dövlətə göndərib. Azərbaycanda aparılan istintaq isə dindirilmiş şahidlərin ifadələrindəki əhəmiyyətsiz uyğunsuzluqları qabartmaqla Rövşən Əkbərovun məsuliyyətdən kənarda qalması üçün süni əsaslar yaradılmasına xidmət edir.
    Hətta Rövşən Əkbərov işin mahiyyəti üzrə dindirilməyib. Onun dindirilməsi formal xarakter daşıyıb. Bizim Rövşən Əkbərovun Ukraynadan təlimləri başa vurmadan tələm-tələsik geri qayıtması barədə müraciətlərimizə baxılmayıb”.

    Oxunub: 343
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.