Türkiyədə koronavirusa yoluxmada rekord:
son 24 saatda 40 min 806 yeni yoluxma...
Türkiyədə son sutka ərzində 176 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda həm də 40 min 806 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 357 min 988, pandemiya qurbanlarının sayı isə 31 min 713 nəfərə çatıb.
Türkiyədə indiyədək 3 milyon 35 min 43 pasiyent sağalaraq evə buraxılıb.
Hazırda 2135 xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: