Ermənistanda koronavirus: 510 yeni yoluxma, 18 ölü

Ermənistanda son sutkada koronavirusa 510 yoluxma qeydə alınıb. Bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-yə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 753 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların ümumi sayı isə 182 836-ya çatıb. Hazırda 15 785 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: