Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Putin postsovet məkanından danışdı: "Təsir gücümüz artmaqdadır..."
  • “ABŞ-Rusiya qarşıdurmasının dalğası postsovet ölkələrini vurur”- Maksim Suçkov
  • ERMƏNİLƏRƏ HEÇ BİR STATUS VERİLMƏYƏCƏK! - Prezident İlham Əliyev son nöqtəni qoydu!
  • “ERMƏNİLƏR BİRGƏYAŞAYIŞI YOX, KÖÇMƏYİ SEÇƏCƏKLƏR”- “Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz”
  • Atəşkəs razılaşması baxışları Türkiyəyə cəmləyib: ANKARA MOSKVANIN ÜSTÜNLÜYÜNÜ MƏHDUDLAŞDIRA BİLƏCƏKMİ?
  • RUSİYA TƏKLƏNİR VƏ QIÇIQLANIR - MDB ölkələri yeni hərbi-siyasi güc mərkəzinə yönəlir...

    • Tarix: 16-04-2021, 10:10


    Azərbaycanın 44 günlük savaşda qazandığı tarixi hərbi zəfər çox şeyi dəyişib. İndi Azərbaycan Cənubi Qafqazda əsas söz sahibidir. Bu regionun gələcək inkişaf perspektivləri rəsmi Bakının siyasi iradəsinə bağlıdır.

    Təbii ki, bu reallıq MDB məkanında bəzi dövlətlərin mövqelərinə və siyasi qərarlarına birbaşa təsir edir. Artıq həmin dövlətlər anlayırlar ki, Cənubi Qafqaz yeni iqtisadi-ticari zonaya və önəmli nəqliyyat-kommunikasiya şəbəkəsinin yaranacağı bölgəyə çevriləcək. Bu səbəbdən də, Azərbaycanla daha fərqli keyfiyyətdə münasibətlərin qurulması barədə düşünmək ehtiyacı yaranıb.

    Xüsusilə də, MDB məkanında hərbi-siyasi gərginliyin artdığı bir mühitdə postsovet ölkələri üçün alternativ əməkdaşlıq istiqamətlərinin açılması olduqca vacibdir. Çünki hazırda Rusiyanın orbitində qalmaq, Kremlin hegemonluğuna girov düşmək bir çox MDB məkanı dövlətini təhlükəli proseslərə sürükləyə bilər. Və bu, postsovet ölkələrində istər-istəməz narahatlıq doğurur.



    Rusiyanın aqressivliyi artmaqda davam edir. Kreml öz müttəfiqlərinə münasibətdə diqtə üslubunu əsas əməkdaşlıq faktoruna çevirib. MDB dövlətlərinin dünya ilə daha sıx inteqrasiyasına əngəl törədir, onları öz təsir dairəsində tutmağa çalışır.

    Ancaq Ukrayna ətrafında baş verənlər, ABŞ-Rusiya qarşıdurmasının təhlükəli görüntülər alması, Kremlin sıxışdırılması prosesinə NATO-nun da qoşulması situasiyanın ciddi şəkildə dəyişməsinə yol açmağa başlayıb. İndi bəzi dövlətlər Rusiyanın təsir dairəsindən çıxmaq şansı qazandıra biləcək alternativ əməkdaşlıq və müttəfiqlik barədə düşünməyə meyl göstərirlər.
    Yəni, bəzi MDB ölkələri Rusiyadan daha təhlükəsiz şərtlər altında uzaqlaşmağın yollarını axtarırlar. Və bu, Rusiyanın ətrafında mərkəzdənqaçma prosesinin başlaya biləcəyindən xəbər verir.
    Maraqlıdır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakı səfərində də bunu təsdiqləyə biləcək əlamətlər müşahidə olundu. Batkanı Azərbaycanın hərbi zəfərindən sonra Bakıya rəsmi səfər etmiş ilk dövlət başçısı hesab etmək olar. Və onun bu səfəri əslində, MDB məkanında da yeni dövrün başladığına yönəlik önəmli mesajdır.

    İkigünlük səfər zamanı Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyev arasında önəmli mövzuların müzakirə edildiyi bildirilir. Əsas diqqətin qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldildiyi vurğulanır.

    Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib: "Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik".



    Rəsmi Bakı Azərbaycan-Belarus münasibətlərindən olduqca məmnundur. İki ölkə arasında iqtisadi əməkdaşlığın güclənməsində və ticarət dövriyyəsinin artmasında birbaşa maraqlıdır. Çünki dövlətlər arasında qarşılıqlı münasibətlərin səviyyəsini məhz iqtisadi-ticari əməkdaşlıq faktorları müəyyən edir. Və bu baxımdan, Belarus da Azərbaycan üçün olduqca önəmli tərəfdaşdır.

    Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlamasının məzmunu da bunu təsdiqləyir: "Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var".

    Batkanın açıqlamasında bəzilərini, xüsusilə də, Rusiya və Ermənistanı narazı sala biləcək məqamlar da var. Onun "Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb" deməsi həm Rusiyada, həm də Ermənistanda fərqli də yozula bilər. Çünki Azərbaycanın milli arzusunun reallaşması Ermənistanın hazırda yaşadığı hərbi məğlubiyyət sancılarını yol açıb. "Böyük addım" eyhamını isə Rusiya sülhməramlı qüvvələrinin bölgədə qalmasının yaratdığı problemlər ilə paralelləşdirmək olar. Yəni, ümumi proses məhz Rusiya sülhməramlı qüvvələri bölgəni tərk etdikdən sonra yekunlaşmış olacaq.

    Digər tərəfdən, Batkanın işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasından danışması və Belarusun Azərbaycanın dostu olmasını xüsusi olaraq, vurğulaması da Rusiya və Ermənistanda narahatlıq doğura biləcək məqamlardır.

    Belarus prezidenti bununla Ermənistanın işğalçı dövlət olduğuna eyham vurmuş olur. Azərbaycanla dostluğun isə Kremldə qıcıq yaratdığı qətiyyən şübhə doğurmur. Və bu, Batkanın açıqlama verərkən mesajlarının haralara gedə biləcəyini də əvvəlcədən hesaba qatdığını düşünməyə əsas verir.



    Məsələ ondadır ki, Belarus 44 günlük savaş dövründə Azərbaycanı dəstəklədiyini qətiyyən gizlətməmişdi. Halbuki, Belarus KTMT çərçivəsində Rusiya və Ermənistanın hərbi müttəfiqi sayılır. Və buna baxmayaraq, rəsmi Minsk öz hərbi müttəfiqini müdafiə etməyə cəhd belə, göstərmədi.

    Bu baxımdan, KTMT çərçivəsində hərbi müttəfiqliyin sadəcə, formal xarakter daşıdığı qətiyyən şübhə doğurmur. Azərbaycan Belarus üçün Ermənistandan hətta Rusiyadan belə, daha əhəmiyyətli tərəfdaşdır. Bir neçə il əvvəl Rusiya Belarusa iqtisadi embarqolar tətbiq edib, dövlət borcunu ödəmək üçün aqressiv təzyiqlər göstərmişdi. Belə çətin dövrdə məhz rəsmi Bakı Kremlin qıcıqlana biləcəyinə əhəmiyyət vermədən Belarusun yardımına yetişmişdi. Belarusa Rusiyaya olan borcun ödənilməsi məqsədilə faizsiz iri məbləğli kredit vermişdi. Və nəticədə Belarus Kremlin aqressiv təzyiqlərindən yayına bilmişdi.

    Təbii ki, Batka bütün bunları qətiyyən unutmayıb. Kimin səmimi dost, kiminsə formal münasibətlər ilə öz maraqlarını təmin etməyə çalışdığını çox gözəl anlayır. Eyni zamanda, Batka cəmisi bir neçə ay əvvəl Rusiyanın onu hakimiyyətdən devirmək üçün hansı planlar qurduğunu da nəzərə almamış deyil. O, Rusiyadan Belarusa təlimatlardan başqa heç nə verilməyəcəyinə də əmindir.
    Ona görə də, Azərbaycanın savaşda qalib gəldikdən sonra yeni iqtisadi-ticari cazibə mərkəzinə çevrilməsi Belarusun da maraqlarına cavab verir. Hər halda, Belarus indi yeni və daha etibarlı, həm də perspektivli iqtisadi-ticari tərəfdaş qazanmaq şansına sahibdir.

    Ancaq Azərbaycan ilə tərəfdaşlığın Belarusa vəd etdiyi perspektivlər yalnız bunlarla məhdudlaşmır. Azərbaycanla etibarlı tərəfdalıq Belarusa Türkiyə ilə daha sıx əməkdaşlıq imkanları da açır. Bu isə Belarus üçün enerji resurslarıyla zəngin Türk dünyası ilə yanaşı, həm də dünyaya fərqli "pəncərə" deməkdir. Və rəsmi Minsk belə bir imkanı artıq onilliklərdir ki, axtarmaqdadır.



    Düzdür, 2018-ci ildə Batka bu problemi məxfi şəkildə Ukrayna üzərindən həll etməyə çalışırdı. Ancaq ABŞ və Qərb Belarusu Rusiya ilə qarşıdurmaya çəkmək istədiyindən nəticə əldə olunmadı. İndi Azərbaycan və Türkiyə üzərindən dünyaya açılmaq şansı daha perspektivli görünür. Üstəlik, bu dəfə məxfi anlaşmalara da qətiyyən ehtiyac yoxdur. Şəffaf dövlətlərarası anlaşmalar Batkanın beynəlxalq blokadadan çıxmaq arzularını reallığa çevirən bilər.


    Göründüyü kimi, Azərbaycan Belarus üçün yeni iqtisadi-ticari cazibə mərkəzinə çevrilməyə başlayıb. Rusiyada nə qədər qıcıqlansalar da, Azərbaycanla tərəfdaşlıq, NATO ölkəsi Türkiyə ilə əməkdaşlıq perspektivləri Belarusa yeni inkişaf imkanları vəd edir. Kremlin təzyiqlərindən böyük ölçüdə xilas olmaq şansı verir. Və bu, savaşdan sonra Cənubi Qafqazda geopolitik şərtlərin dəyişməsindən qaynaqlanan ön önəmli məqamlardan biridir.

    Onu da qeyd edək ki, hazırda Rusiyanın ətrafında başlayan mərkəzdənqaçma prosesi yalnız bununla məhdudlaşmır. İndi Qazaxıstan və Özbəkistan da Rusiyanın olmadığı alternativ tərəfdaşlıq mərkəzlərinə ümid bəsləyir. Belə ki, Özbəkistan Türk Şurası çərçivəsində iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsində israr edir. 
    Qazaxıstan isə ümumiyyətlə, daha geniş ortaqlıq vəd edən Türk Dövlətləri Birliyinin yaradılmasına tərəfdardır. Yəni, bu, o deməkdir ki, KTMT üzvü olan Qazaxıstan və Özbəkistan da Rusiyadan uzaqlaşaraq, Azərbaycan və Türkiyə ətrafında mərkəzləşməyə üstünlük verirlər.



    Nəhayət, bu sıraya Azərbaycan və Türkiyə ilə xüsusi münasibətlərə can atan Ukraynanı da əlavə etdikdə olduqca maraqlı şituasiyanın yaranmaqda olduğu nəzərə çarpır. Rusiyadan uzaqlaşmaq üçün ciddi səbəbləri olan dövlətlər Azərbaycan və Türkiyənin ətrafına toplaşmağa üstünlük verirlər. Yəni, belə anlaşılır ki, Rusiya öz aqressiv siyasəti ucbatından tədricən təklənməyə başlayıb. Əvəzində isə Azərbaycan və Türkiyənin ortaq liderliyi altında yeni siyasi-iqtisadi cazibə mərkəzi yaranmaqdadır. Bu proses yaxın gələcəkdə dünyaya yeni hərbi-siyasi güc mərkəzi də qazandıra bilər./musavat.com

    Oxunub: 343
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.