Beş il əvvəl kəsilmiş diplomatik münasibətlər canlanır - İran - Səudiyyə danışıqları
Səudiyyə Ərəbistanı və İranın yüksək səviyyəli rəsmiləri beş il əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa etmək üçün birbaşa danışıqlar aparır.
Bunu “Faynənşl Tayms” qəzeti öz mənbələrinə istinadla yazıb.
Nəşrin məlumatına görə, danışıqlar aprelin 9-da Bağdadda İraqın Baş naziri Mustafa Kazıminin vasitəçiliyi ilə aparılıb.
Danışıqlarla husilərin hücumları ilə bağlı da müzakirə gedib və uğurla nəticələnib.
Danışıqların gələn həftə də davam etdiriləcəyi bildirilib.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: