Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı etiraz -
29 polis yaralandı, 231 nəfər saxlanıldı
Almaniyanın paytaxtı Berlində çərşənbə günü koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib.
Bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, etiraz aksiyası zamanı 29 polis əməkdaşı yaralanıb.
Nümayişçilər polisə şüşə və daş qırıntıları atıblar. 231 etirazşının nəzarətə alındığı bildirilir.
APA xatırladır ki, aksiya paytaxt səlahiyyətliləri tərəfindən koronavirusla bağlı məhdudiyyətləri nəzərdə tutan yeni düzəlişlərin edildiyi vaxt keçirilib. Etirazçılar bunu alman federalizminə zərbə kimi qiymətləndiriblər.
8-10 min insanın bir araya gəldiyi nümayişdə qoruyucu maskalardan istifadə edilməyib.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: