“Ermənistan Rusiyanın köməyi ilə güclü ordu quracaq”-
TŞ-nın katibi
Ermənistan Rusiyanın köməyi ilə güclü ordu qurmağa ümid edir. Bu barədə aprelin 23-də «RİA Novosti» agentliyinə müsahibəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan bəyan edib.
İrəvan artıq bəyan edib ki, Ermənistan silahlı qüvvələrində islahatlar Rusiyanın dəstəyi ilə həyata keçiriləcək - bunu TŞ katibi xatırladıb.
«Bizim nəzərimizcə, Rusiya silahlı qüvvələrində son 12 ildə aparılan islahatlar dünyada ən uğurlulardan sayılır: ordunun modernləşdirilməsi və optimallaşdırılması, effektliliyinin yüksəldilməsi, avtomatik idarəetmə sistemlərinin tətbiqi. Müasir silahlar Rusiyaya imkan verib ki, dünyanın ən güclü ordusuna sahib olsun. Biz, əminik ki, Rusiyanın köməyi ilə bu yolu keçəcəyik və güclü Ermənistan ordusu quracağıq» - Armen Qriqoryan bildirib.
O, həm də «İrəvan müasir silahlar alacaqmı və kimdən alacaq?» - sualına da cavab verib.
«Silahla bağlı qeyd edim ki, biz, ən yaxşı silahları alacağıq və sizə məlumdur ki, bu sahə üzrə hansı ölkə liderlik edir. Eyni zamanda, biz, gələcəkdə də Ermənistanın hərbi-sənaye kompleksini fəal şəkildə inkişaf etdirməyi planlayırıq» - deyə, Qriqoryan qeyd edib.
Müharibədən sonrakı dövrdə KİV-in yaydığı məlumatlar göstərir ki, Azərbayan tərəfi 10 noyabr sazişindən irəli gələr tədbirlərdən danışaraq, bölgədə nəqilyyat-kommunikasiya sisteminin bərpasından, postmüharibə dövründə dağıdılmış ərazilərin bərpasından söhbət açdığı bir vaxtda, erməni tərəf axmaqcasına «ordu qurmaqdan», son müharibədəki məğlubiyyətin əvəzini çıxmaqdan - özü də məhz Rusiyanın köməyi ilə - dəm vurur.
Son məlumatlara görə, artıq Ermənistanın dövlət borcu ÜDM-in buraxıla biləcək həddini çoxdan aşıb. Belədə, sual yaranır: ermənilər güclü ordunu hansı pulla quracaqlar? Yoxsa ki, Rusiya onları pulsuz silahla təmin etməkdə israrlı olacaq?
Daha dəqiqi isə - Rusiyanın buna sadəcə, gücü çatacaqmı?
Mirzə AĞ