Pentaqon Əfqanıstana bombardmançı təyyarələr göndərdi
ABŞ-ın Müdafiə Nazirliyi qoşunlarının Əfqanıstandan çıxarılması ərəfəsində Birləşmiş Ştatların hərbçilərinin müdafiəsi üçün bu ölkəyə iki bombardmançı təyyarə göndərib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Con Kirbi bildirib.
O qeyd edib ki, həmçinin təyyarə daşıyan "Eyzenhauer" gəmisi Əfqanıstanda müəyyən vaxt müddətində Mərkəzi komandanlığın məsuliyyəti zonasında qalacaq.
Kirbinin sözlərinə görə, iki B-52 bombardmançısı artıq ölkəyə gəlib. Bundan başqa, yerüstü qoşunların və köməkçilərin də sayı arta bilər.
Pentaqon sözçüsünün sözlərinə görə, ABŞ-ın hərəkətləri yalnız qoşunların müdafiəsi ilə yox, həm də loqistika ilə bağlıdır.
Daha əvvəl ABŞ prezidenti Cozef Bayden generallar şurasının əleyhinə çıxaraq, Birləşmiş Ştatların qoşunlarının Əfqanıstandan çıxarıldığını elan edib.