İranda koronavirusdan ölüm sayı 70 minə yaxınlaşır
İranda son sutka ərzində koronavirusdan daha 454 nəfər vəfat edib.
Bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla İranda pandemiya qurbanlarının sayı 69 574 nəfər olub.
Bundan əlavə, son sutkada 19 165 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma hallarının ümumi sayı 2 396 204-ə yüksəlib.
Məlumatda, o da bildirilir ki, indiyədək 1 877 517 nəfər xəstəlikdən sağalıb, 5 206 nəfər isə ağır vəziyyətdədir.
Oxunub: 237
Xəbəri paylaş
Paylaş: