BMT baş katibi:
Bəşəriyyət fəlakətə yaxınlaşır!
Ötən il Yer kürəsində havanın temperaturu 3 milyon il ərzində rekord həddə qalxaraq, bəşəriyyəti iqlim fəlakətinə yaxınlaşdırıb.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
“Ötən il ekstremal hava və iqlim kataklizmlərinin daha bir görünməmiş dövrü oldu”, – baş katib deyib.
Onun sözlərinə görə, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni – 148 faizi üstələyib./axar.az
Oxunub: 361
Xəbəri paylaş
Paylaş: