BMT Baş Assambleyasının sessiyası təxirə salına bilər
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş “Paris Match”a müsahibəsində bildirib.
“Bütün dünyadan minlərlə nümayəndəni Nyu-Yorka toplaya biləcəyimiz ağlabatan deyil. Eyni zamanda rəqəmli texnologiyaların bizə açdığı müxtəlif variantlara nəzər salırıq”, - deyən baş katib qəti qərarın üzv ölkələr tərəfindən veriləcəyini qeyd edib.
Koronavirus pandemiyası səbəbindən əvvəlki kimi səyahət etmədiyini dilə gətirən A.Quterreş bildirib: “Bu pandemiya bizi səhiyyə problemlərini, həmçinin iqlim məsələsini də nəzərə almaqla cəmiyyəti, iqtisadiyyatı yenidən qurmağa vadar edəcək”.
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyaları hər il sentyabr ayında keçirilir./report