Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident Saatlının icra başçısını işdən çıxardı - SƏRƏNCAM
  • Tarixin 4-cüsü – “Liverpul”
  • Son illərdə ən çox işlədilən sözlərin yazılış qaydası müəyyənləşib - SİYAHI
  • Medvedev Bayden barədə: “Sərt anti-Rusiya siyasətinin davamından başqa bir şey gözləmirik”
  • Əbülfəs Qarayev işdən çıxarıldı
  • RUSİYA QARABAĞDAN NİYƏ ƏL ÇƏKMİR? - "Sülhməramlı” missiyanın məqsədi nədir?

    • Tarix: 8-05-2021, 20:34

    Rusiya Qarabağdan niyə əl çəkmir? – Professordan ƏTRAFLI ŞƏRH

    Yazılı tarixi qaynaqlara görə,  Qafqaz mütəmadi olaraq müxtəlif dövlətlərin strateji hədəfi olub. Regionun əlverişli geosiyasi durumu, ticari münasibətlərin təminatı üçün münasib coğrafi keçid qovşağı, təbii sərvətləri və iqlimi, qonşu əraziləri nəzarətdə saxlamaq perspektivləri, təbii olaraq, müqtədir dövlətlərin iştahasını qabardıb.
    Qafqaz, sözün əsl mənasında, müxtəlif dövlətlər arasında nifaq almasına çevrilib, onun zənginlikləri aborigenlərinə daim problemlər yaşadıb. Məsələn, miladdan öncə 66-65-ci illərdə Roma sərkərdələri Lukull və Pompeyin, 128-147-ci illərdə Əşkani (Parfiya) hökmdarı IV Mehridadın (Mitridat), 730-732-ci illərdə ərəb sərkərdəsi  II Mərvanın ( o, 744- 750-ci illərdə Əməvi sülaləsinin sonuncu hökmdarı olmuşdur), 1220-1225-ci illərdə monqolların, 1367-1387-ci illərdə teymurilərin Qafqaza hücumları yerli xalqlara faciələr yaşadıb.
    964 – 966-cı illərdə knyaz Svytoslavın Xəzər xaqanlığına hücumu, xəzərilərin varlığına son verməsi faktı gələcəkdə Qafqazın bitib tükənməyən bəlalarının carçısı oldu.

    İvan Qroznının ( 1530-1584 ) zamanından başlayaraq Qafqazı ələ keçirmək, onu tam itaət altına almaq, demək olar ki, bütün rus çarlarının irsi düşüncəsinə çevrilib. (Bax: Потто В.А. Кавказская война: “Кавказский край”, Ставрополь, 1994,  т.1, с.14  ).  XVIII əsrin ikinci yarısından etibarən isə bu bölgəyə Rusiya imperiyasının geniş hərbi-siyasi ekspansiyası başlayıb.
    Rus çarları Qafqaza sahiblənmək ideyasında əsas rəqib olaraq Osmanlı dövlətini gördüklərindən Persiya (İran ) ilə gizli sövdələşmələr imzalamışlardı. Məsələn, 1567, 1673 və 1717-ci illərdə Persiya (İran) və Rusiya sövdələşmələri ruslara Osmanlı dövlətini Qafqazdan sıxışdırmağa geniş imkanlar yaratmışdı.
    I Pyotrun zamanında rus donanmasının Xəzərboyu ərazilərə basqını onun Dərbənd və Ənzəli limanlarından tam şəkildə istifadə etmək hüququ qazandırmışdı. I Pyotr (1672 – 1725) Osmanlı dövlətini çökdürmək üçün Qafqazın son dərəcə zəruri olduğunu idrak edən rus çarı kimi tanınır ( Bax: Фадеев А.В. Россия и Кавказ первой трети XIX века.  Изд-во АН СССР, М;1960, с.32  ).

    I Pyotrun ölümündən sonra bir müddət Rusiyada qeyri-sabitlik olduğundan onların Osmanlıya qarşı hərbi planları təxirə salınmışdı. 1762-ci ildə rus taxtı-tacına sahiblənmiş II Yekaterina (1729- 1796 ) Osmanlı dövlətinə qarşı başlatdığı əməliyyatlar nəticəsində I Pyotrun hətta yuxusuna girməyəcək dərəcədə hərbi uğurlar qazandı, geniş ərazilər ələ keçirdi. Məsələn, təkcə Kiçik Qaynarca müqaviləsinə görə Rusiya əvvəllər Osmanlıya aid Krım da daxil olmaqla,  2495 kv.km yeni ərazini özünə birləşdirdi ( Bax:  Сухотин Н.Н. Война в истории русского мира.  СПб., 1898, с.20 ). 
    Tərəddüdsüz olaraq belə qeyd edə bilərik ki, Kiçik Qaynarca müqaviləsi Rusiya dövlətinə sərbəst şəkildə Qafqaza hökmran olmağa qanuni əsas verdi. Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, monorxist düşüncəli A.S. Puşkinin “Qafqaz” şeirindəki “Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən, /Tutmuşam tək uçurum dağlı qar üstündə qərar” (Кавказ подо мною; один в вышине / Стою над снегами у края стремнины ) misraları  hərbi-siyasi mahiyyət daşıyır.

    Rusiyanın Qara dənizin cənubuna sahiblənməsi onun strateji mövqelərini hədsiz dərəcədə möhkəmləndirdi və Cənubi Qafqaza yolunu tam olaraq açdı. Sonrakı mərhələdə  Rusiyanın şərq məsələsində başlıca hədəfi İstanbul ( Bosfor) və Çanakkale ( Dardanel ) boğazlarından sərbəst keçid hüququnu qazanmaq oldu (Bax: Киняпина Н.С. Кавказ и Средняя Азия во внешней политике России. Вторая половина XVIII ‒ 80-е годы XIX века. М; изд-во МГУ, 1934).

    II Yekaterinanın ölümündən sonra hakimiyyətə gələn rus imperatoru I Pavel (1796-1801 ) iqtidarda olduğu dörd ildə anası II Yekaterinanın əksinə siyasət yürütməyə başladı. Məsələn, 1795-ci ildə Ağa Məhəmməd şah  Qacara (1742- 1797) qarşı yeridilən qoşunu geri çağırdı; Bonapart Napoleonun ordusuna  qarşı vuruşmaq üçün İtaliyaya ordu yeritdi. 

    İmperator I Pavel Rusiya tarixində ilk dəfə olaraq Osmanlı dövləti ilə İngiltərəyə qarşı müttəfiqlik müqaviləsi bağlayan şəxs oldu. Kim bilir, bəlkə də məhz bu səbəbdən imperator  I Paveli 11 mart ( yeni təqvimlə 23 mart) 1801-ci ildə öz yatağında bağırda-bağırda boğub öldürdülər, yerinə oğlu I Aleksandrı gətirdilər?
    İmperatoru öldürənlərə başçılıq etmiş general N. Zubov gecəyarısı Aleksandrı yatağından qaldırmışdı: “Il est temps de grandir! Allez et regnez!”- Böyümə zamanıdır! Haydı, get idarə elə!” ( Bax: Marbot, Jean. The Memoirs of General the Baron de Marbot, volume 2, chapter 3, The intrigues of Count Czernicheff).

    I Aleksandrın zamanında ( 1801-1825) Rusiyanın Qafqaz siyasəti ənənvi məcraya yönəlmiş, Persiya (İran) və Osmanlı dövləti ilə  ilə aparılmış muharibələrin nəticələri (1804 -1813; 1806-1812) onun mövqeyini Qafqazda daha da möhkəmləndirmişdi. I Nikolayın zamanında Rusiya Qafqazda daha geniş ərazilərə sahibləndi.

    Yeri gəlmişkən, rusların Qafqazda möhkəmlənməsinin bir səbəbi də yerli idarəçilərin  rəiyyətə qarşı amansız davranışları da səbəb olmuşdur. Məsələn, 1816-1827-ci illərdə Qafqaz quberniyasının general-qubernatoru olmuş  A.P.Vorontsov Qarabağda Mehdiqulu xan, Şəkidə İsmayıl xan və Şirvanda Mustafa xanla görüşləri barədə Peterburqa yazdığı raportda əhaliyə qarşı divan tutulmasından bəhs etmiş və yerli əhalidə rus dövlətinə qarşı rəğbət hissi qazanmaq üçün günahkarların  cəzalandırılmasına icazə verilməsini rica etmişdi (Bax:  http://ermolov.org.ru/book/zapisgruz.htm.).

    Tarixdə, bəlkə də türklərlə ruslar qədər bir-biriylə müharibə etmiş başqa millət yoxdur. Qonşu olduqlarındanmı, yoxsa özlərinə layiqli rəqib tapmadıqlarındanmı, ya da digər səbəblərdən bu iki güclü millət sürəkli olaraq savaş meydanlarında qarşılaşmışlar. Təkcə XVI- XX əsrlər arasında 14 dəfə türk-rus hərbi konflikti olmuşdur (Maraqlananlar üçün: 1568, 1571, 1572, 1676, 1686, 1710, 1735, 1768, 1787, 1806, 1828, 1853, 1877, 1914 -1917 ci illər).
    Mütəmadi baş verən silahlı qarşıdurmalar rusların düşüncəsində türkəfobiya yaratmışdır. Məsələn: “Çağrılmamış  qonaq tatardan da betərdir (Nezvanıy  qost xuje tatarina),  “Burada sanki Mamay- 1361-1380-ci illərdə Qızıl Orda bəylər bəyi – vuruşub” (Tut slovno Mamay voeval), “Xan necədirsə, sarayı da elədir” (Kakov xan, takova i orda),  “Ev sahibi öz evində Krımdakı xan kimidir” (Xoyain v domu, kak xan v Krımu). Bu ifadələr deyimlərin hərfi tərcümələridir.

    İstanbul şəhərinə ruslar həm də “Çarqrad”  deyirlər. Ehtimal ki, bu ifadə onlarda bizanslıların  – Vasilevousa Polis – hökmdar şəhəri- ifadəsinin tərcüməsindən yaranmışdır. Türklər 1453-cü ildə bu şəhəri fəth etdikdən sonra provaslavların (ortodoks xristianların) dini mərkəzi Moskva şəhərinə köçürülmüşdür.
    Bəlkə bu səbəbdən, ya da digər səbəblərdən xristian dünyası hər zaman türklərə qarşı zaman-zaman xüsusi aqressivlik göstərmişdir. Avropalıların türklərin dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, psixolojisini çox diqqətli şəkildə, hərtərəfli öyrənməkdə əsl məqsədləri, təbii ki, bu millətə olan özəl sevgilərini təzahür etdirmək deyil.

    XX əsrin birinci rübündə “İtilaf devletleri” adlandırılan koalisiya qoşunları – ingilislər, fransızlar, italyanlar, avstraliyalılar İstanbula turist marağından, Sultan Ahmed camisini ziyarətə gəlməmişdilər hər halda. Tale Türkiyə ilə Rusiyanı qonşu yaratmışdır. Dumada, mətbuatda, televiziya və radio proqramlarında V. Jirinovski ( əsl soyadı: Edelşteyn ) kimilərinin  məntiqsiz, əsassız iddiaları, kahinlik edənlərin, ara qızışdırıb mənfəət qazanmaq istəyənlərin isterik hay-həşiri nə Türkiyəni, nə də Rusiyanı  strateji hədəfindən yayındırmayacaqdır. 
    İxtisasca türkoloq olan Jirinovski 1969-cu ildə İskenderunda mütərcim işlədiyi zaman türk fəhlələrinə üstündə Marksın və Leninin rəsmləri olan döş nişanları payladığına görə ( Jirinovski isə  polisi inandırmağa çalışmışdı ki, o rəsmlərdəki Puşkindir)  polis tərəfindən yaxalanaraq karakola götürülmüş, daha sonra da 17 gün istintaq təcridxanasında saxlanıldıqdan sonra ölkədən qovulmuşdu. 
    Karakolda başına nə gəlibsə, o gündən indiyədək Jirinovski o məşum hadisənı unuda bılmır: hey acıq çıxmağa çalışır. İmkan düşən kimi efirdən Türkiyə əleyhinə üfürməyə başlayır. Rusiya ilə Türkiyənin münasibətləri  fərqli dövrlərdə enişli-yoxuşlu olmuşdur və hər zaman  bu ziqzaqlı münasibət paradiqmasında hər iki tərəfdə sağlam məntiqli şəxsiyyətlərin rasional mövqeyi məsələni müsbət sonluqla tamamlamışdır.

    Türk-rus münasibətlərinin ən yaxşı dönəmi XX əsrin birinci yarısına təsadüf edir. Qazi Mustafa Kamal Paşanın komandanlığı ilə 1919-1923-cü illərdə başladılan və zəfərlə tamamlanan Milli Mücadilə dönəmində V. Leninin rəhbərlik etdiyi Sovet Rusiyası Türkiyəyə imkanı daxilində maddi və mənəvi yardım göstərmişdir.
    16 mart 1921-ci ildə Moskvada  Rusiya ilə Türkiyə arasında  Dostluq və Əməkdaşlıq Müqaviləsi bağlanmışdı, həmin ilin 13 oktyabrında indi də qüvvədə olan məşhur Kars müqaviləsi imzalanmışdır. Bu müqavilənin 5-ci maddəsində Naxçıvanın əbədiyyən Azərbaycana aid olduğu təsbit edilmişdir. Azərbaycan tərəfdən həmin müqaviləni o zamanın dövlət naziri Behbud Şaxtaxtinski, Türkiyə tərəfindən Kazım Karabəkir Paşa, Rusiya adından  səfir Yakov Qanetski, Gürcüstanın xarici işlər naziri Aleksandr Svanidze və erməni Askanats Mravyan imzalamışlar.

    1923-cü ilin 4 fevralında anlaşılmazlıq səbəbindən kəsilən Lozanna (Lausanne) danışıqları həmin ilin 24 iyulunda başladığı ərəfədə V. Lenin Türkiyənin tərəfində olduğunu və müharibə başlanacağı təqdirdə SSRİ-nin Türkiyə ilə müttəfiq olacağını rəsmi olaraq bəyan etmişdir. 1928-ci ildə Cenevrədə keçirilən tərksilah konfransına SSRİ-nin təklifi ilə Türkiyə də qatılmışdı.
    Xatırlatmalıyıq ki, Milli Mücadilədən sonra bu konfrans Türkiyənin rəsmən iştirak etdiyi ilk uluslararası tədbir sayılır.
    Maraqlıdır ki, bu tədbirdə Türkiyə tərəfi SSRİ-nin təkliflərini fəal şəkildə dəstəkləmişdir. 1935-ci ildə Türkiyə ilə SSRİ Dostluq və əməkdaşlığa dair imzalanmış müqavilənin müddəti  daha 10 il uzadılmışdı.
    1939-cu ilin 25 sentyabrında Moskvaya rəsmi görüşə gələn xarici işlər naziri Şükrü Saracoğlu məsləkdaşı Molotovla Almaniya-SSRİ müqaviləsinin (23. 08. 1939) şərtləri ilə tanış olmuş və SSRİ-nin Besserabiyanı ilhaq edəcəyi təqdirdə Türkiyənin tərəfsiz qalması barədə təklifi müzakirə etmişdir.
    Türkiyə həmin ilin 19 oktyabrında Fransa və İngiltərə ilə bağlanan müqavilədə SSRİ ilə müharibəyə qatılmayacağını bəyan edən maddə irəli sürmüşdür.
    1942-ci ilin 24 martında isə Türkiyə və SSRİ arasında  bir-birinə hücum etməmək haqqında deklarasiya imzalanmışdır. 1942-ci ildə Moskvada gerçəkləşən SSRİ-İngiltərə danışıqlarında İ. Stalin Bolqarıstan və Suriyadakı bəzi ərazilərin, habelə 12 adanın Türkiyəyə verilməsi təklifini irəli sürmüşdür.

    II Dünya müharibəsindən sonra, soyuq savaş adlanan illərdə Türkiyə-SSRİ arasında münasibətlərdə müəyyən geriləmələr baş vermişdir. Sovet tərəfi 1925-ci ildə imzalanan və SSRİ-Türkiyə münasibətini on illərlə müsbət müstəvidə tutan müqavilənin müddətinin başa çatmasını, yeni şəraitin yarandığını bəhanə gətirərək Türkiyənin səfiri Səlim Sarperə həmin müqavilənin prolonqasiya edilməsi üçün müəyyən tələblərinin olduğunu  bildirmişdir. Nə idi bu şərtlər?
    1. Kars, Sarıkamış, Ardahan və Artvin bölgələrinin SSRİ-yə verilməsi (guya, o torpaqlar ermənilərinmiş və vaxtında V. Lenin yanlışlığa yol vermişdir).
    2. Müharibə təhlükəsi yarandığı təqdirdə SSRİ Türkiyə ilə bərabər Çanakkale və İstanbul boğazlarında (ruslar israrla Dardanel və Bosfor yazırlar) hərbi baza yaratmaq hüququna malik olmalıdır.
    3. 20 iyul 1936-cı ildə imzalanmış Montrö (Montreux) müqaviləsi yenidən nəzərdən keçirilməsi üçün iki ölkə arasında hökumətlərarası müqavilə imzalanmalıdı
    Təbii olaraq, Türkiyə bu istəkləri rədd etdi. SSRİ yenidən Türkiyəyə nota göndərdi. SSRİ-nin provokativ hərəkəti qarşısında Türkiyə gərəkən önləmlər almağa başladı. 1947-ci ildə Harvard Universitetində  çıxış edən ABŞ-ın 33-cü  prezidenti H. Trumen (Harry S. Truman) tarixi bir açıqlama ilə SSRİ-yə rəsmən meydan oxudu: “Bizim üçün sərhəd Kars və Ardahandan başlayır”. Trumen müəyyən şərtlərlə (Türkiyədə SSRİ-yə bənzər 5 illik planlar, savadsızlığın ləğvi məqsədilə yaradılmış kənd müəllimləri institutu, milli şeflik və sairənin tətbiqinə son verilsin) Türkiyəyə 100 milyon dollarlıq yardım göstərir və Türkiyə 1952-ci ildə NATO-ya daxil olur. İ. Stalin öldükdən sonra 30 may 1953-cü ildə SSRİ Türkiyəyə nota verərək daha ərazi iddiasında olmadığını elan edir (guya, ermənilər və gürcülər 1946-cı ildəki ərazi tələblərini geri götürmüşlər). Türkiyə ilə SSRİ arasında münasibətlər siyasi boşboğazlığı və avantürist çıxışları ilə məşhur olan N.Xruşşovun iqtidardan düşürülməsindən sonra (14. X. 1964) nəzərə çarpacaq dərəcədə mülayimləşməyə başlamışdı. 1964-cü ilin 6 noyabrında Moskvada Kipr məsələsi ilə bağlı SSRİ-Türkiyə ortaq memorandumu imzalanmış, həmin ilin sonlarında Türkiyə xarici işlər naziri F. Erkin Moskvaya, 1965-ci ilin 17 mayında isə SSRİ xarici işlər naziri A. Qromıko Ankaraya səfər etmişdi (1931-ci ildə M. Litvinovdan – 34 illik fasilədən sonra – Türkiyəyə rəsmi ziyarətə gələn ilk nazir ), 1966-cı ilin 20-27 dekabr tarixləri arasında SSRİ Nazirlər Sovetinin Sədri A. Kosıgin 32 nəfər müxtəlif mühüm vəzifəli şəxslə Türkiyədə rəsmi ziyarətdə olmuşdu. Cavab olaraq 1967-ci ilin 19-29 sentyabr tarixlərində dönəmin Baş naziri S.Dəmirəl, 12-21 noyabr 1969-cu il tarixində Türkiyə prezidenti C.Sunay SSRİ-ni ziyarət etmişdi. 11-17 aprel 1972-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. Podqornı, 26-29 dekabr 1975-ci ildə A.Kosıgin ikinci dəfə Türkiyəyə rəsmi təşrif gətirmişdi. 21-25 iyun 1978-ci ildə Baş nazir B. Ecevit SSRİ-yə gəlmişdi.
    Çar Rusiyası zamanında olduğu kimi Sovetler İttifaqında da Qafqaz xüsusi diqqət mərkəzində tutulub. SSRİ süqut etsə də Rusiya Federasiyası üçün Qafqaz yenə də öz prioritetini saxlamaqdadır. Rusiyaya qarşı çıxan Gürcüstan  Abxaziya və  Cənubi Osetiyadan məhrum edilib. Öncə Rusiya və ardından da  Suriya, Venesuela, Nikaraqua, Nauru və Vanuatu kimi dövlətlər onların müstəqilliyini tanıyıb.

    Qarabağı azad etmiş Azərbaycanın qanuni tarixi  ərazisinə “sülhməramlı “ adı altında gəlmiş Rusiya hərbi birləşmələrinin Xankəndi başda olmaqla Laçın, Kəlbəcər, Qubadlı, Əsgəran, Xocavənd, Xocalı və Ağdərədə nə işlə məşğul olduğunu dəqiq bilməsək də niyyətlərinin nə olduğunu, bir-iki kitab oxumuş bir adam kimi təxmin etmək bizim üçün o qədər də  çətin deyil: erməniləri ciddi şəkildə dəstəkləmək, hərbi infrastrukturlarını müasir silah və avadanlıqlarla təchiz etmək, Qarabağın 1988-ci ildəki etnik balansını ermənilərin xeyrinə dəyişdirmək və sonra “referendum” keçirib “xalqların milli müqəddəratını təyin etmək haqqı var” bəhanəsi ilə orada oyuncaq dövlət qurmaq. Bütün bu ssenarinin apofeoz səhnəsi məhz bunu hədəfləyir.

    Əhatəmizdə olan dövlətlərdən yalnız  biri bizimlə bir yerdə, çiyin-çiyinədir. Bütün gücümüzlə onunla bir yerdə hərəkət etməli, heç vəchlə ondan ayrılmamalıyıq. Bu yol bizim xilasımızdır. Əraziməzə xüsusi missiya ilə gələnlər asanlıqla oradan getməyəcəklər. Zatən getmək üçün gəlməyiblər ki! Kütləvi informasiya vasitələrində, xüsusən də televiziya kanallarında, şoulardan bir az vaxt tapıb milli özünüdərkə, milli şüura, tariximizə, ciddi şəxsiyyətlərimizə, düşündürücü mövzuların işıqlandırılmasına da yer verilməlidir. Bütün bazarlarda kartof-soğan satıldığı kimi, hər televiziya proqramlarında da eyni adamlar danışırlar. Dəvət edənlər dəvət edir, bəs özünə rəva bilib o cür proqramlara qatılıb adamların gözlərini döyənək eləyənlər nə düşünürlər? Proqram aparıcıları da dəvət edilənlərə heç danışmaq imkanı vermirlər. 
    Tez-tez “aydındır, aydındır” deyib müsahiblərinin sözünü kəsir (“aydın”dırsa, onda onu niyə ekspert deyib dəvət etmisiniz?) sonra da onun sözlərini vasitəli nitq şəklində debatın digər  iştirakçısına söyləyir. Sanki əvvəlcə danışan adam hansısa əcnəbi bir dildə danışırmış. Bu cür moderatorluq olmaz.

    Maariflənmək lazımdır, çünki mütləq həqiqətə aparan yol məhz maarilənməkdən keçir. Təsəvvüfdə yayğın olan bir hədisi xatırlamaq yerinə düşər:
    من عرف نفسه فقد عرف ربه  – Mən ərəfə nəfsihu fəqəd ərəfə rəbbihu- Özünü dərk edən, əslində Rəbbini dərk edər”. Vətəndaşlarımız mütəmadi olaraq maarifləndirilməli, ümummilli məqsədə yönləndirilməli, məktəblərimizdə müntəzəm olaraq hərbi-vətənpərvərlik mövzularında dərslər keçirilməli, dərsliklərdə milli dəyərlərə  istiqamətləndirilmiş mövzuların  tədrisinə diqqət artırılmalıdır.
    Cəhalət istənilən  toplumu fəlakətə sürükləyir.
    Qarabağın dağlıq bölgəsini bürüyən qatı duman onu bir bəyaz qaranlığa qərq etdiyi anda, çən və çiskindən ətrafdakı bütün mənzərələr qorxunc  kabusu xatırladan məvhumi kölgənin altında yox olduğu bir məqamda istər-istəməz Tevfik  Fikrətin məşhur şeirindəki misralar yada düşür:

    Sarmış yine afakını bir dud-ı muannid,
    Bir zulmet-i beyza ki pey-a-pey mütezayid.
    Tazyikinin altında silinmiş gibi eşbah,
    Bir tozlu kesafetten ibaret bütün elvah;
    Bir tozlu ve heybetli kesafet ki, nazarlar
    Dikkatle nüfuz eyleyemez gavrine, korkar…


    Ramazan Siracoğlu, professor

    Oxunub: 269
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.