İsrail ordusu yerüstü əməliyyata hazırlaşır - Rəsmi açıqlama

İsrail ordusu Qəzza zolağında quru əməliyyatına hazırlaşır, lakin hələ bu əməliyyatı başlatmaq üçün bir əmr verilməyib.
“Jerusalem Post” xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Yonatan Konrikus bildirib.
“Qəzza bölgəsindəki birliklər, ümumi qərargah rəhbərliyinin təlimatı da daxil olmaqla, hazırlıq mərhələsindədir, lakin hələ belə bir əməliyyatın həyata keçirilməsi üçün əmr verilməyib”.
Xatırladaq ki, döyüş əməliyyatları 10 may axşamı başlayıb. O vaxtdan bəri münaqişənin hər iki tərəfində onlarla insan ölüb.
İsrail səlahiyyətliləri HƏMAS-ın bir neçə liderini və onların hərbi obyektlərini məhv edə bildiklərini iddia edirlər. Qəzza zolağında öldürülənlər arasında uşaqlar da var.
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: