""HƏMAS" İsraili bombalamaqda davam edəcək"- “Əl-Kassam briqadası”

“HƏMAS”ın hərbi qanadı olan “Əl-Kassam briqadası” İsrailə zərbələr vurmağa davam etməyə hazırdır.
Yerli KİV bildirir ki, bunu briqadanın nümayəndəsi Əbu Ubayda deyib.
“Biz, Təl-Əviv, Qüds, Dimon və digər şəhərlərə zərbələr vurduq, bu döyüşdə hələ də edə biləcəyimiz çox şey var. Əgər söhbət Qüds və Əl-Əqsa məscidindən gedirsə, qırmızı xətlər yoxdur. Təl-Əvivi atəşə tutmaq bizim üçün bir stəkan su içmək kimi bir şeydir”, - o bildirib.
Xatırladaq ki, bundan əvvəl “The Jerusalem Post” İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı planlaşdırdığını yazıb.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: