300 erməni hərbçi cəsədinin kimliyini müəyyən etmək mümkün olmadı

İkinci Qarabağ Müharibəsində öldürülən ermıni hərbçi cəsədlərindən və qalıqlarından götürülmüş 300-ə yaxın nümunənin nəticəsi bilinmir.
“news.am”a xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son bir neçə həftədə 3752 hərbçinin cəsədi tibbi ekspertizadan keçirilib. Onlardan 70-i üzərində hələ də iş aparılır. Mayın 4-dən etibarən 2875 hərbçi cəsəd-qalıqlarının nümunəsi üzərində məhkəmə-genetik ekspertiza keçirilib, bunlardan sadəcə 2580-dən götürülən nümunələrdən nəticə əldə edilib. 300-dən çox cəsədin kimliyinin müəyyən edilməsinin nə üçün mümkün olmadığı isə açıqlanmayıb.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: