Ərdoğanın müşavirindən Sədat Pekərə cavab: "Şər ittifaqlarının əlaltısı..."

Türkiyə prezidentinin baş müşaviri Oqtay Saral barəsində həbs qərarı çıxarılan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Sədat Pekərin növbəti videosuna münasibət bildirib.
O.Saral dövlətin mafiya lideri ilə bağlı lazımi addımlar atacağını Tvitter səhifəsində qeyd edib.
“Sədat Pekər heç bir çərçivəyə sığmayan açıqlamaları ilə Türkiyə düşmənləri və daxildəki şər ittifaqlarının əlaltısı olduğunu ortaya qoydu. Dövlətimiz lazımi addımlar atacaq və heç bir qüvvə ölkənin bu kimi sərsəmləmələrlə sarsılmayacağını öyrənəcək”, – deyə baş müşavir yazıb.
Qeyd edək ki, S.Pekər 8-ci videosunda prezident Rəcəb Tayyib Ərdoğana müraciətlə “Səninlə danışacağıq, halallaşacağıq Tayyib Ağabəy” söyləmişdi.
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: