Ərdoğan Pakistanın Baş Naziri İmran Xanla danışdı
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan arasında telefon danışığı olub.
Türkiyə Prezident Administrasiyasının rəsmi iməlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğana zəng edən Pakistan lideri İzmirdəki dağıdıcı zəlzələyə görə “keçmiş olsun”-deyib və həmrəylik ifadə edib.
Telefon zənginə və diqqətə görə təşəkkürlərini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində ötən həftə Peşavərdə törədilən terror aktını bir daha qınayıb, dünyasını dəyişənlərə rəhmət diləyib.
Oxunub: 449
Xəbəri paylaş
Paylaş: