Səudiyyə şahzadəsi Suriya lideri ilə münasibəti bərpa etməyə açıqdır - “Zaman dəyişir”
Səudiyyə Ərəbistanı Prezident Bəşər Əsəd hökuməti ilə diplomatik əlaqələrin normallaşdırılmasının əldə olunmasına yaxındır, belə ki, Ər-Riyad Suriyada İranın iştirakının zəiflədilməsində aparıcı rol oynamağa cəhd göstərir.
Bu barədə «Əl-Cəzirə» telekanalına danışıqlar barədə «yaxşı məlumatlı mənbələr» xəbər veriblər.
Suriyanın «Azad zabitlər» müxalifət hərəkatının yüksək vəzifəli şəxsinin sözlərinə görə, kral ailəsinin bir çox yüksək vəzifəli üzvləri, xüsusilə də varis şahzadə Mühəmməd bin Salman Əsədlə münasibəti bərpa etmək istəyirlər. Onlar Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi və krallığın Ümumi Kəşfiyyat Xidməti ilə sıx əlaqə saxlayırlar və bildirirlər ki, «kral ailəsində siyasi əhval dəyişib».
«Üstünlük təşkil edən münasbəti belə ifadə etmək olar: «Zaman dəyişib, «ərəb baharı» - tarixdir və bölgə yeni geosiyasi xarakteristikalı yeni gələcəyə keçir» - Qətər telekanalına anonimlik şərtilə mənbələrdən biri bildirib.
Ötən ay Ər-Riyad və Dəməşq arasında münasibətlərin bərpasının göstəriciləri ortaya çıxıb. Belə ki, ərəb KİV-nin məlumatına görə, mayın əvvəlində Suriyanın paytaxtına Səudiyyə kəşfiyyatının başçısı Xalid bin Əli əl-Humaydan «iki ölkə kəşfiyyatnın imkanlarını müzakirə etmək üçün» səfər edib.
Məlumdur ki, Suriya münaqişəsinin ilk günlərindən Səudiyyə Ərəbistanı Əsəd hakimiyyətinin devrilməsinə yönəlmiş müharibənin açar oyunçularından biri olub. Ər-Riyad bir sıra yerli üsyançı qrupları maliyyə və silahla, o cümlədən, tank əleyhinə Amerika stehsallı raketlərlə təmin edib. Əsədin başlıca tərəfdarı olan ölkələrin (Rusiya və İran) miqyaslı cavab tədbirləri sayəsində bu kampaniya pozulub. Ancaq indi Səudiyyə Ərəbistanı oxşayır ki, Dəməşqdə hakimiyyət dəhlizinə özünün geniş bölgəsel maraqlarının möhkəmləndirilməsi üçün əlverişli yol kimi baxır.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: