Şimali Koreya və Cənubi Koreya sərhədinə robotlar yerləşdirilir
Şimali Koreya və Cənubi Koreya sərhədinə süni intellektlə təchiz olunmuş robotlar yerləşdirilir.
Xarici KİV xəbər verir ki, bu barədə Cənubi Koreyanın dövlət müdafiə tədarükü agentliyi məlumat yayıb. Bildirilib ki, bu il oktyabr ayında sərhəd zonasının cənub tərəfində 2,5 milyon dollar dəyərində iki robot-sərhədçilərin yerləşdirilməsi planlaşdırılır. Robotlart üç ay ərzində avto rejimdə işləyəcək, bundan sonra kütləvi istifadəsi barədə qərar veriləcək. Robotların saniyədə beş metrə qədər sürətlə xüsusi relslərdə hərəkət edəcəyi və gecə-gündüz növbətçi olacağı bildirilir. Robotun süni zəkası kameradan səsləri və şəkilləri müstəqil olaraq təhlil edəcək və şübhəli fəaliyyət olduqda operatorları xəbərdar edəcək.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: