Paşinyan xalqı İrəvanın mərkəzinə çağırdı -
SON MİTİNQ
Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyası artıq başa çatmaq üzrədir.
Seçkinin fovoriti hesab olunan hazırkı baş nazir Nikol Paşinyan bölgələrdə keçirdiyi təbliğat proqramını başa vurub.
Paşinyan xalqa müraciət edərək iyunun 17-də saat 20.00-da paytaxt İrəvanın mərkəzinə, Respublika meydanına gəlməyə səsləyib. O bildirib ki, “indi həqiqət anıdır və qarşısında oyun olmadığını göstərmək üçün Respublika Meydanında on minlərləl erməni vətəndaşları bir araya gələcəklər. Xalqa qarşı oyun oynamağa çalışan bütün qüvvələri qəddar fiasko gözləyir. Hamımız göstərməliyik ki, o yolda ayaq üstə ayaq qoyduğumuz yolun səyahətçiləriyik və axıra qədər gedəcəyik, balalarımız azad, güclü, xoşbəxt Ermənistan deyilən mərhələyə gətirəcəyik”.
Paşinyanın rəqibi keçmiş prezident Robert Köçəryan isə yekun mitinqini iyunun 18-ə təyin edib.