Çin və Rusiya Ayda birgə elmi stansiya tikəcək - 5 ildən sonra
Çin və Rusiya 2026-cı ildə Ayda Beynəlxalq Elmi Stansiya (BAES) tikməyə başlayacaqlar. Tikintini 2035-ci ilə tam başa çatdıracaqlar.
Bu barədə iyunun 16-da Çinin Ay Milli Kosmik İdarəetmə Tədqiqat Proqramının rəhbər müavini Pey Çjaoyuy kosmik məkanın tədqiqatı üzrə Qlobal Konfransda (GLEX-2021) bəyan edib.
2026-cı ildən 2030-cu ilə qədər eniş və çatdırma texnologiyaları üzrə iki missiyanın işlənməsi, həmçinin Ay süxurları nümunələrinin Yerə qaytarılması planlaşdırılıb.
2031-2035-ci illərdə tərəflər orbitdə və Ay səthində infastrukturun, o cümlədən, rabitə kompleksləri, elektroenergetik, araşdırmaçı və digər avadanlıqların yerləşdirilməsini həyata keçirəcəklər.
Hazırlıq mərhələsində Çin və Rusiya Aya 6 missiya göndərilməsini planlayırlar. Çin CE-4 («Çane-4»), CE-6 və CE-7, Rusiya isə «Luna-25», «Luna-26» və «Luna-27» missiyalarını buraxacaq.
Bu barədə iki dövlətin əlaqədar hökumət strukturları müvafiq memorandum imzalayıblar.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: