Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb
Gürcüstanda koronavirusun Hindistan ştammına iki yeni yoluxma qeydə alınıb. Report-un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
O, bununla ölkədə virusun təhlükəli növünə ümumi yoluxma sayının 20-yə çatdığını bildirib.
Qeyd edək ki, qonşu ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın 27-də təsdiqlənib.
Oxunub: 333
Xəbəri paylaş
Paylaş: