Bayden İsrail Prezidenti ilə görüşəcək
ABŞ Prezidenti Co Bayden iyunun 28-də israilli həmkarı Reuven Rivlin ilə Ağ Evdə görüşəcək.
Bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat yayıb.
Onun sözlərinə görə, prezidentlər bölgənin üzləşdiyi bir çox çətinlikləri müzakirə edəcəklər: “Rivlinin prezidentlik müddəti başa çatır və bu səfər iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində onun illər ərzində göstərdiyi fədakarlığa hörmət olacaqdır”, - deyə C. Psaki qeyd edib.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: