İranda koronavirus daha 111 nəfərin həyatına son qoydu

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) daha 111 nəfər ölüb. Məlumatı İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi yayıb. Bununla da bu virusdan ölənlərin sayı 82 965 nəfərə yüksəlib.
Ötən 24 saat ərzində həm də 8 161 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 095 135 nəfərə çatıb. Virus daşıyıcılarından 3 279 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İndiyədək 2 748 320 nəfər koronavirusdan sağalıb, 22,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: