Bayden-Putin görüşünün sanksiya siyasətinə təsiri olmadı
ABŞ və Rusiya prezidentlərinin Cenevrə görüşü Vaşinqtonun antirusiya sanksiyaları siyasətində heç bir dəyişikliyə səbəb olmayıb.
Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-ın Aleksey Navalnıya görə Rusiyaya yeni sanksiyalar paketi hazırladığını bildirib. O, ABŞ-ın Şimal Axını 2-yə görə də Rusiyaya sanksiyaları davam etdirəcəyini söyləyib.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: