İranlılar koronavirusdan qorunmaq üçün Qumda müqəddəs məkanları yalayır
Belə görünür ki, Çindən sonra koronavirusun ən çox tüğyan etdiyi qonşu İranda bu virusa qarşı orijinal mübarizə vasitəsini tapıblar.
Xarici KİV-lər xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən İran sakinləri epidemiyanın episentri olan Qumda şiələrin müqəddəs məkanlarını yalayır və virusdan bu yolla qorunmağa çalışır.
“Bəsdirin insanları koronavirusla qorxutdunuz”,-şiə ziyarətgahlarından birinin dəmir barmaqlıqlarını yalayan iranlı bildirir.
Bildirilir ki, Covid-19 virusunun tüğyan etməsinə baxmayaraq ölkənin hər yerindən Qumdaı ziyarətgahlara axışan iranlıların sayı azalmır. İran hakimiyyəti şəhəri karantinə almaqdan imtina edib, hərçənd iki gün əvvəl şəhərə giriş-çıxışı qismən məhdudlaşdırmağa nəhayət məcbur olub.
Son məlumata görə İranda koronavirusa yoluxanların sayı 1000-i keçir, onlardan 54-ü ölüb. Lakin real rəqəmlərin bundan qat-qat çox olduğu bildirilir.
Globall.az