Floridada binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır
ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində binanın dağılmasından sonra 159 nəfərin taleyi naməlum qalır.
“RİA Novosti” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
“İtkin düşmüş şəxslərin sayı 159-a çatıb”, - Mayami Deyd dairəsinin meri Daniella Lavin Kava mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyədək ölmüş şəxslərin sayı 4-ə çatıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində bina qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək 40-dək insanın dağıntılar altından çıxarıldığı bildirilir.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: