“Bayden ABŞ-ı fəlakətə aparır, onunla mübarizə çətin olacaq”- Tramp
Prezident Co Bayden administrasiyasının siyasəti Birləşmiş Ştatları fəlakətə aparır.
Bu barədə keçmiş dövlət başçısı Donald Tramp Vellinqtonda (Ohayo ştatı) «Amerikanı xilas edək» şüarı altında keçirilən mitinqdə bəyan edib.
O, vəd edib ki, respublikaçılar «Nümayəndələr palatasında, Senat və Amerika üzərində nəzarəti özlərinə qaytaracaqlar» və əlavə edib ki, buna nail olmaq üçün «qarşıda görünməmiş ağır mübarizə dayanır», «ancaq bizim başqa seçimimiz yoxdur - radikal demokratlar üzərində qələbə çalmaqdan savayı».
Tramp qeyd edib ki, Baydenin siyasətinin nəticəsi budur ki, Çin, Rusiya və İran bizim ölkəmizi aşağılayırlar. Bu zaman Tramp bəyan edib ki, hakimiyyətdə olduğu illər onun Rusiya prezdenti Vladimir Putinlə, Çin sədri Si Tsizinpinlə və KXDR lideri Kim Çen Inla yaxşı şəxsi münasbətləri olub - sanksiyalara baxmayaraq.
Bu, vəzifədən gedəndən sonra Trampın ilk kütləvi çıxışıdır.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: