Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
  • “Bu torpaqları Azərbaycana qaytarmadan sülh mümkün deyil”- Tomas de Vaal
  • NEQSOL Holding-ə daxil şirkət 500 milyon ABŞ dolları məbləğində istiqrazlar yerləşdirib
  • İlham Əliyev işğaldan azad edilən kəndlərdən danışdı: "Azərbaycan xalqını təbrik edirəm..."
  • Ukrayna daha Rusiya qazından asılı deyil - “Naftoqaz”
  • "Azərbaycanın uğurlu təcrübəsindən istifadə etmək maraqlıdır"- Ukraynalı deputat Larisa Bilozir /Müsahibə

    • Tarix: 30-06-2021, 13:13


    Ukrayna Ali Radasının deputatı Larisa Bilozir Reporta müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

    - Sizin Ali Radadakı fəaliyyət istiqamətlərinizdən biri də desentralizasiyadır. Ukrayna bu sahədə problemlərin həlli hansı səviyyədədir? Bu baxımdan Azərbaycanla təcrübə mübadiləsi necə həyata keçirilir?

    - Şübhəsiz ki, desentralizasiya Ukraynada ən əsas və prinsipcə, yeganə uğurlu islahatdır. İndiyədək inzibati mexanizm tam olaraq dəyişdirilib. Yəni əgər əvvəl ölkədə 400 rayon mövcud idisə hazırda müvəqqəti işğal edilmiş rayonlar da daxil olmaqla, bu say 136-ya bərabərdir. Bu, 1470 icma deməkdir.
    Faktiki olaraq 2014-cü ildən etibarən artıq 7 ildir ki, desentralizasiya könüllülük əsasında həyata keçirilirdi. Başqa sözlə, biz kəndlərə və kiçik şəhərlərə könüllü şəkildə birləşmək imkanı verirdik. Bu uğurla həyata keçirilirdi, çünki həmin yerlərə pul vəsaiti verilir, onlara qərar vermə və cavabdehlik daşıma imkanı yaradılırdı.

    Prinsipcə, biz bu icmaların və orada yaşayan insanların öz ərazilərini idarə etmək, qərar vermək və maliyyələşdirmək qabiliyyətini müşahidə edirdik. Daha onlara nə lazım olduğuna Kiyev qərar vermirdi. Əvvəllər administrasiya rəhbərləri Kiyevə getməli və icazə almalı idilər. Hazırda onlar resurs, fiziki şəxslərdən daxil olan gəlir vergisinin 60%-ni əldə ediblər. Bu çox vacibdir. Onlar infrastruktur subvensiyası da almağa nail olublar.

    Gördük ki, bu icmalar inkişaf etməyə başladılar. İnsanlar da daha fəal oldular. Sovet sistemi artıq ölməyə başlamışdı və müvafiq olaraq, 7 ildən sonra bunu könüllülük əsasında deyil, inzibat üsulla həyata keçirmək haqqında qərar qəbul edildi. Oktyabrın 25-də yeni sistem üzrə seçkilər keçirildi.
    Hazırda çətin dövrdə yaşayırıq. Belə demək olar ki, hər şey bir qədər xaotikdir. Çünki onlar hüquqi formanı, himayə hüququnu dəyişməli olurlar, rayon administrasiyalarının bütün orqanlarını verməli, düşərgələri, məktəbləri, bağçaları mülkiyyətə qəbul etməli olurlar. Bütün bunlar ayrı-ayrı hüquqi şəxslərdir.
    Onları yenidən rəsmiləşdirmək, qeydiyyatdan keçirmək lazımdır. Təbii ki, çətin idi. İndi hər şey bir qədər sahmana düşür. İcmalar hətta rayon xəstəxanalarını da üzərinə götürürlər. Bu da heç də asan məsələ deyil. Maliyyə cəhətdən onlar çətinliklərlə üzləşirlər. Lakin mənə belə gəlir ki, bu, sovet sistemindən uzaqlaşmaq deməkdir.

    Artıq 7 ildir ki, Avropa İttifaqı ilə birgə bu islahat üzərində çalışırıq. Bu islahat unikaldır. Çünki biz onu Avropa ölkələrindən götürməmişik. Onlar Ukraynanın təcrübəsindən çıxış edərək elə ukraynalılar tərəfindən işlənib hazırlanıb və tətbiq edilib. Əlbəttə ki, almanların və çox yaxşı təcrübəyə malik polyakların köməyindən istifadə etmişik.
    İsveç də bizə çox kömək edib, bizi maliyyələşdirib. Xeyli sayda proqram var idi. İnzibati xidmətlər və inzibati icraat üzrə alt komitənin sədri kimi deyə bilərəm ki, Azərbaycanda inzibati icraat haqqında qanun var, bizdə isə yoxdur. İnzibati icraat dövlət və vətəndaşlar arasında münasibətləri tənzimləyir. İnzibati icraat olduqda sizə nədəsə imtina edə və ya izah etmədən pensiyanızı yenidən hesablaya bilmirlər. Bax bizdə bu hələki yoxdur.

    Bu qanun bizdə ikinci oxunuşdadır və biz ümid edirik ki, Azərbaycanda və Avropa ölkələrində olduğu kimi biz də bu qanunu qəbul edəcəyik. Çünki vətəndaşı, biznesi bəzən məmur özbaşınalığından qorumaq lazımdır. Məmurlar hansısa arayışı verməkdən imtina etməməli, hansısa sənədin arxasınca göndərməməlidirlər.

    Prinsipcə, hazırda İnzibati Xidmət Mərkəzi ilə işləyirik. Bu sahədə Azərbaycandan öyrənəcəyimiz çox şey var. Sizdə hər şeyin bir mərkəzdə necə baş verdiyini gördük – yəni orada təkcə inzibati deyil, həm də sosial xidmətlər göstərilir. Hətta polislə əlaqəli olan xidmətlər – sürücülük vəsiqələrinin, pasportların verilməsi – orada həyata keçirilir. Kommunal xidmətlər üçün belə orada əvvəlcədən ödəniş etmək olar. Hər şey bir yerdə baş verir və ayrı-ayrı strukturlara getmək məcburiyyətində qalmırsan.
    Bizim də inzibati xidmət mərkəzlərimiz var. Ancaq bununla bağlı kiçik bir problem var – nazirliklər səlahiyyətlərinin bir hissəsini bölüşmək istəmirlər, çünki bu, puldan, daxilolmalardan, xüsusi fondlardan imtina etmək deməkdir. Bizdə Ədliyyə Nazirliyi və DİN bunu etmək istəmirlər. Onlar bunu rəsmən bildirirlər. Biz isə qanunla onları məcbur edirik ki, ölümün, doğumun və nikahın qeydiyyatını kənd yerlərində etmək mümkün olsun, daha Ədliyyə Nazirliyinin orqanlarına getməyə ehtiyac qalmasın.

    Bizdən çox irəliyə getmisiniz. Biz də bunu Ukraynada tətbiq etməyə və xidmətlərin bir yerdə - xidmət mərkəzlərində göstərilməsinə çox çalışırıq. Lakin bizdə hər icmada bu yoxdur. Bizdə də mənim təklif etdiyim və qəbul edilmiş qanun var. Bu qanuna əsasən 3 il sonra hər icmada, hər kənddə, hər şəhərdə İnzibati Xidmət Mərkəzləri olmalıdır. Xidmətin insanlara yaxın olması, onu rahat əldə edə bilmələri, növbədə dayanmamaları, işlərin asan başa gəlməsi üçün bu lazımdır. Ukrayna bu sahədə Azərbaycanın təcrübəsini mənimsəyir. Siz də bu çox yaxşı təşkil olunub.

    Azərbaycana getmək və bunun necə işlədiyini görmək istərdim. Özümlə bu xidmətləri əldən vermək istəməyən nazirliklərin nümayəndələrini də aparmaq istərdim ki, bunun necə əla işlədiyini, hər şeyin tez və asan olmasının ölkə vətəndaşları üçün necə rahat olduğunu görsünlər. Bu dövlətin simasıdır.
    Xidmət necə təqdim edilirsə, vətəndaş da dövləti o cür qəbul edir. Bu, dövlətin, icmanın simasıdır. Sizdə onlar dövlət orqanlarıdır, bizdə isə icma orqanlarıdır, çünki icma səviyyəsində formalaşır. Bu səbəbdən, həmin xidmətlərin Azərbaycanda necə göstərildiyini görmək mənə çox maraqlıdır. Düşünürəm ki, gələn il mütləq fürsət tapacağam və altkomitə üzvləri ilə birlikdə hər şeyi öz gözlərimizlə görəcəyik”.

    Larisa BilozirLarisa Bilozir 

    Məşğul olduğunuz sahələr üzrə Ukrayna-Azərbaycan münasibətlərində hansı aktivlik mövcuddur? Nəzarət etdiyiniz sahələr üzrə iki ölkə münasibətlərində hər hansı yeni addımların atılması gözlənilir? Ümumiyyətlə, bu istiqamətlərdə iki ölkə arasında əlaqələri necə qiymətləndirirsiniz?

    - Azərbaycan hər zaman bizə dost ölkə olub. Prezidentin sərəncamı ilə müəyyən edilmiş 10 strateji tərəfdaş ölkə sırasında Azərbaycanın da adı var. Bu çox vacibdir, çünki azərbaycanlılar hər zaman bizə dost olublar. Bizim hər zaman dost münasibətlərimiz olub. Ölkələrimiz arasında ciddi iqtisadi əlaqələr qurulub.
    Azərbaycanda çox böyük Ukrayna diasporu, Ukraynada isə böyük Azərbaycan diasporu var. Prinsipcə, Azərbaycan həqiqətən də Cənubi Qafqazda ən əsas strateji tərəfdaşdır. Əlbəttə, iqtisadi sahədə daha sıx əməkdaşlığın olmasını arzu edərdik. Bilirəm ki, hazırda Ukrayna məhsulları Azərbaycanda çox populyardır.
    Ölkənizdə Ukrayna məhsullarının satıldığı mağaza şəbəkələri açılır. Biz də sizin məhsulları çox sevirik. Bizi birləşdirən tarixi məqamlar da çoxdur. Sizdə Qarabağ müvəqqəti işğal altında idi və artıq azad olunub, bizdə isə Krım və Donbass işğal altındadır.

    Prinsipcə, mənə elə gəlir ki, biz biri-birimizi bir işarədən başa düşürük. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi deyə bilərəm ki, müvəqqəti işğal edilmiş Donbass haqqında dinləmələrdə sizin nümayəndə heyətinizin dəstəyini alırıq, biz də sizə dəstək oluruq. Azərbaycana gəlincə, aprel ayında erməni hərbi əsirləri haqqında məsələ hansısa yolla gündəliyə salınmışdı, baxmayaraq ki, sizin tərəf onların dinc şəhərlərə hücum etməyə çalışarkən həbs edilmiş terrorçu olduqlarını aydın şəkildə izah edirdi. Bu cür məsələlər gündəlikdə çox vacibdir. Onları AŞ-yə çıxarmaq lazımdır, lakin sizin nümayəndə heyətinizin çox güclü olması mənim xoşuma gəldi. Orada Azərbaycanı təmsil edən yeni deputatlar var.

    Onlar şir kimi döyüşürdülər. Mən həm də AŞPA-nın Miqrasiya komitəsinin üzvüyəm. Yadımdadır ki, nümayəndə heyətiniz bunun necə bir humanitar faciə olduğunu, insanlara hansı fəlakətləri gətirdiyini və qaçqın sayını əks etdirən albomları təqdim edəndə mənim damarlarımda qanım donmuşdu.
    Əslində, bəzən avropalılar bunu başa düşmürlər. Artıq neçə illərdir ki, Azərbaycanın məsələsi deməzdim ki, nəzərə alınmır, amma təxirə salınırdı.

    Hamı Ukrayna və Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini və hörmətlə yanaşdığını, dərdimizə şərik olduğunu bildirsə də, əməli addımlar az idi və siz özünüz işin öhdəsindən gəlməli oldunuz. Bu, yəqin ki, sizi daha da gücləndirdi və bu baxımdan sizdən öyrənməliyik. Bu, hər halda sizə ərazilərinizi qaytarmağa imkan verdi. Həmin albomları, böyüyüb boya-başa çatdıqları Qarabağa qayıda bilməyən milyonlarla insanın taleyi haqqında nümayəndə heyətinizin sözlərini indi də xatırlayıram.

    Bilirəm ki, xeyli insan həlak olub. Mənim baş sağlığımı qəbul edin. Lakin dronlardan, ən yeni texnika növlərindən istifadə edildi və Ukrayna bu təcrübədən faydalanmalıdır, çünki hamımız başa düşür ki, heç kim torpaqlarımızı bizim əvəzimizə azad etməyəcək. Avropa və NATO bu təşkilata üzv olmaq perspektivi haqqında danışsa da, nə biz NATO-dayıq, nə də siz.
    Biz öz gücümüzə arxalanmalıyıq. Ən əsası Ukrayna silahlı qüvvələrinə, ordumuza pul yatırmaqdır. Bu, iqtisadi inkişafın çox vacib aspektidir. Bu baxımdan, bir-birimizdən öyrəniləsi təcrübələr çoxdur. Əməkdaşlıq və mehriban qoşluluq münasibətləri çox vacibdir. Buna görə də hesab edirəm ki, bizi Azərbaycanla çox şey birləşdirir. Bizim xüsusilə də yeni tariximiz oxşardır. Düşünürəm ki, Azərbaycanda uğurla həyata keçirilmiş təcrübədən istifadə etmək çox maraqlıdır.

    - Nəzarət etdiyiniz sahələrdən biri olaraq Ukraynada uşaq hüquqlarının tənzimlənməsi barədə nə deyə bilərsiniz? Statistikaya görə, Ukraynada neçə uşağın hüquqları pozulub?

    - Əslində, bu sual çox vacibdir. Mən Ali Radada yaradılmış və əlil, xüsusi təhsil ehtiyacı olan uşaqların qorunması ilə məşğul olan müvəqqəti istintaq komissiyası nəzdindəki xüsusi komissiyanın üzvüyəm. Adi məktəbdə, inklüziv təhsil ala bilməyən uşaqlar xüsusi məktəblərə, sanatoriya məktəblərinə ehtiyac duyurlar. Biz deinstitusionalizasiya mərhələsindəyik – yəni uşaqlar internat evlərindən ailələrə verilir. Mən və komissiya üzvləri bunun səhv bir islahat olduğuna inanırıq.
    Bu islahat yetimləri, statusu olmayan uşaqları, valideynləri olmayan uşaqları əhatə etməlidir. Onlar üçün ailə axtarılmalıdır. Ancaq burada heç bir uğurumuz olmadığından, bəzi “islahatçılar” xüsusi məktəblərə əl atmağa qərar veriblər. Azərbaycanda karlıq, korluq, beyin iflici, autizmdən əziyyət çəkən uşaqlar üçün xüsusi məktəblərin olub-olmadığını bilmirəm. Bu uşaqlar həmişə ümumi və ya inklüziv məktəblərdə təhsil ala bilmirlər.

    Ukraynada bu məktəbləri bağlayaraq, bu uşaqları valideyn yanında yerləşdirərək “baxın məsələni həll etdik” deməyə çalışırlar. Ancaq bu, bir qədər səhv istiqamətdir. Hazırda biz xüsusi məktəbləri, sanatoriya məktəblərini deinstitusionalizasiya prosesindən çıxarmağa çalışırıq. Bəli, yetimlər var, ailəyə ehtiyacı olan xüsusi statuslu uşaqlar var.
    Uşaq evlərinin keçmişdə qaldığı aydındır, bundan artıq uzaqlaşmalıyıq, amma bütün uşaqlar ailə tapa bilmirlər. Ağır xəstəlikli uşaqlar üçün valideyn tapmaq çox çətindir və bu cür uşaqları yalnız xaricilər götürürlər. Ukraynalılar buna tam hazır deyillər, çünki bu uşaqlar xüsusi müalicəyə, xüsusi qayğıya ehtiyac duyurlar.

    Bu gün pandemiya şəraitində uşaqlarla bağlı bütün bu problemlər xüsusilə üzə çıxıb. Pandemiya, həmçinin bizə uşaq hüquqlarının pozulduğunu göstərdi. Söhbət bu gün uşaqların hüquqlarının, azadlıqlarının və maraqlarının pozulmasından gedir. Bu məsələ artıq Ali Radanın gündəmindədir. Biz hazırda bir çox səhvi düzəldirik.



    Sanatoriya məktəbləri də var ki, orada da uşaqların müalicəsi ilə məşğul olurlar. Bu islahat bir az səhv istiqamətdə getdi – o, daha çox Avropaya aiddir. Əslində təcrübəni götürüb köçürmək olmaz. Realist olmaq və ölkədə hansı reallıqların olduğuna baxmaq lazımdır. Bu gün bu problemlərin üzərində işləyirik, həm xüsusi təhsil ehtiyacları olan uşaqların, həm də hüquqları pozulan valideynlərin hüquqlarını qorumağa çalışırıq.

    - 2014-cü ildən bu günə qədər Ukraynanın şərqindəki müharibə nəticəsində ölən uşaqlar barədə statistika varmı?

    - 200-dən çox uşaq müharibə nəticəsində həlak olub. Bu il qəbul etdiyimiz qərara əsasən iyunun 4-ü Ukraynanın şərqindəki hərbi əməliyyatlardan əziyyət çəkmiş uşaqların Anım Günü kimi qeyd ediləcək. Bu günahsız uşaqlar ölkənin şərqində yaranmış vəziyyətin – 7 ildir davam edən elan olunmamış müharibənin girovuna çevriliblər. Uşaqların münaqişədən əziyyət çəkməsi ən pis şeydir. Bu sualın ən ağrılı olduğunu düşünürəm və bu barədə danışmaq çox çətindir.

    Oxunub: 535
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.