Ermənistanda açıq havada maska taxmaq tələbi ləğv edilib
Ermənistanın Səhiyyə Nazirliyi açıq havada maska taxmaq tələbini ləğv edib.
“Sputnik Armeniya” agentliyi xəbər verir ki, iyulun 1-dən etibarən peyvənd olunmamış şəxslərdən yalnız qapalı məkanlarda maska taxmaq tələb olunacaq.
Peyvənd olunmuş vətəndaşlar isə həm açıq, həm də qapalı məkanlarda maska taxmaya bilərlər.
Qeyd olunub ki, “Armed E-Health” sistemində qeydiyyatdan keçmiş peyvəndlərin hər iki dozası ilə vaksinasiya olunmuş və QR kodu olan Ermənistan vətəndaşları aşılanmış hesab olunur.
Oxunub: 260
Xəbəri paylaş
Paylaş: