Türkiyə Rusiyaya bunu verməyə hazırdır - Oleq Faliçev

Türkiyə Rusiyaya sadəcə təyyarələrin satışını deyil, hətta bu təyyarələrin istehsalı üçün texnologiyanı da təqdim etməyə hazırdır.
Rusiya KİV-i xəbər verir ki, bu sözləri təqaüddə olan rusiyalı polkovnik Oleq Faliçev deyib.
“Türkiyə üçün bu, çox önəmli məsələdir. Ankaranın TF-X adlı supersonik təyyarə istehsal etməyi hədəf seçdiyini bilirik. Bu təyyarənin xarakteristikası Su-35 və Su-57 kimi rus layihələrindən fərqli deyil. Uzunvədli proqram olduğundan xəbərimiz var. Lakin Türkiyə hədəfinə çatmaq məsələsində çox qətiyyətlidir”, – deyə Faliçev bildirib.
Ekspert qeyd edib ki, iki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq getdikcə artacaq.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: