Ankaranın Vaşinqtona ən ağır cavabı budur –
Vladimir Vasilyev
Globall.az xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında rusiyalı siyasi ekspert Vladimir Vasilyev Türkiyə Prezidentinin açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Ankara hərbi sahədə ABŞ-la münasibətlərini sonlandırmaq siyasətini seçə bilər:
“Bu, Ankaranın Vaşinqtona endirə biləcəyi ən böyük zərbə olar. Bazanın bağlanması böyük ehtimalla müvəqqəti olar, bəyanatdan o tərəfə keçməz, amma yenə də bu maddə Türkiyənin ABŞ-a qarşı mümkün tədbirlər siyahısında birinci yeri tutur”.
Ekspert Ankaranın cavab vermək məcburiyyəti qarşısında qaldığını deyib:
“ABŞ və Türkiyə arasındakı münasibətlərin necə inkişaf edəcəyini demək çətindir. Amma ABŞ-da sağlam düşüncənin tez-tez məğlub olduğu seçki ilində ABŞ-Türkiyə münasibətlərinin pisləşməyə meyilli olacağını düşünürəm. Bu, bölgənin digər aktyorlarına Türkiyə ilə münasibətləri gücləndirməyə fürsət yaradır. Ərdoğan iqtidarının Türkiyənin xarici siyasəti üçün başqa dayaq nöqtələri axtaracağı aşkardır. Bu mənada üzünü Rusiyaya tərəf döndərməsi çox təbiidir. Türkiyənin Rusiya ilə iqtisadi, siyasi və hərbi əlaqələri daha da gücləndirmək istəməsi gözlənilə bilər”.