Çin qitələrarası raketlər üçün 100-dən artıq şaxta tikir - «Washington Post»
Çin hakimiyyəti ölkənin şimal hissəsində qitələrarası ballistik raketlər (QBR) üçün 119 şaxtanın tikintisinə başlayıb. Bu iddia ilə çərşənbə günü Amerikanın «Washington Post» qəzeti çıxış edib.
Nəşrin versiyasına görə, belə nəticəyə Ceyms Martin Mərkəzinin əməkdaşları (Middlberiysk institutu - Kaliforniya ştatı) gəliblər. Onlar kommersiya peykləri tərəfindən çəkilmiş şəkillərlə tanış olublar.
İrəli sürülən iddialara əsasən, tikintini səhrada - Çinin Hansu əyalətində aparırlar. Nəşrin məlumatına görə, demək olar 119 identik tikinti meydançasında elə təkrarlayıcı elementlər var ki, onlar mövcud atış komplekslərində də qeydə alnınıb. Tədqiqatçılar həm də guya şəkillərdə qismən tikilmiş idarəetmə məntəqəsi tapıblar.
«Yüzdən artıq yeni atış şaxtasının tikintisi, əgər onlar başa çatdırılarsa, Çin üçün tarixi miqyaslı dəyişiklik olacaq, hesab edilir ki, bu ölkə qismən kifayət qədər arsenala malikdir - 250-dən 350-yə qədər nüvə silahına - nəşr iddia edir - Bu şaxtalarda yerləşdirmək üçün raketlərin real sayı məlum deyil, ancaq ola bilsin ki, xeyli azdır. Keçmişlərdə Çin saxta şaxtalar da yaradıb».
Ceyms Martin Mərkəzində ehtmal edirlər ki, Çin özünün nüvə güclərini genişləndirir - daha çox, qarşılayıcı faktoru dəstəkləmək üçün. Tədqiqatçıların fikrincə, Pekin ABŞ-ın ilk zərbəsindən sonra qorunub saxlana biləcək nüvə arsenalına malik olmağa can atır və çalışır ki, bu qüvvələr ABŞ raket əleyhinə müdafiə sistemini adlaya bilsin.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: