Putin Nazarbayevə vəd verdi: Kenesarı xanın nəşi...

30 iyunda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Nursultan Nazarbayev ondan qazax xalqının son xanı Kenesarın qəbrinin tapılıb, qaytarılmasını xahiş edib.
Bu məlumatı Qazaxıstan eks-prezidenti Nursultan Nazarbayevin mətbuat xidməti yayıb.
Məlumata görə, Putin Nazarbayevi əmin edib ki, bu işdə Qazaxıstan tərəfinə hərtərəfli kömək göstəriləcək.
Qeyd edək ki, Kenesarı xan Qazaxıstanın son xanı olub. O, 1837-1847-ci illərdə Rusiya imperiyasına qarşı azadlıq mübarizəsi aparıb. 1847-ci ildə o, Qırğızıstanın indiki ərazisinə öz qoşunları ilə müdaxilə edən zaman ələ keçirilərək başı kəsilərək öldürülüb./axar.az
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: