XƏZƏR DƏNİZİNDƏ GÜCLÜ PARTLAYIŞ OLUB - SOCAR-dan AÇIQLAMA /FOTO-VİDEO
Ötən gecə Xəzər dənizində Bakı şəhəri yaxınlığında güclü partlayışla müşayiət olunan yanğın baş verib.
Partlayış zamanı dəniz sahilində olan şəxslər həmin anın foto və videolarını çəkiblər.
Hadisə şahidlərinin bildiridiklərinə görə, partlayış kifayət qədər güclü olub və dalğası sahildə hiss olunub.
Şəhər sakinləri bir neçə dəfə baş verən alovlu partlayışı videoya çəkiblər.
"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".
Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. "Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq".
Hadisə baş verən zaman çəkilən video və fotoları təqdim edirik:


Oxunub: 425
Xəbəri paylaş
Paylaş: