Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirildi (VİDEO)
Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq, döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.
Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: