“Pul ayrılmış saytlardan birinə 3 gündür girə bilmirəm, açılmır”-
"Digərinin isə nə ünvanı var, nə də..."
Onlardan biri də tanınmış jurnalist, Azpost.info saytının rəhbəri Xəqani Səfəroğludur. O bildirib ki, müsabiqəyə müraciət etsələr də, onlara yardım verməkdən imtina edilib:
“Niyə?” sualı özümə də aydın deyil. Hazırda bunun səbəblərini araşdırıram. Saytlar hansı prinsiplə seçilib? Qiymət verən ekspertlər kim olub? Saytlar seçilərkən xəbər yükü necə müəyyən olunub? İP-yə (oxunma sayı-red.) yoxsa, jurnalistikaya üstünlük verilib? Pul ayrılmış saytlardan birinə 3 gündür girə bilmirəm, sayt açılmır. Digərinin isə nə ünvanı var, nə baş redaktorun adı”.