Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"-
    "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
  • 
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • MOLLALARIN "CƏHƏNNƏM DİLİ" DEDİYİ TÜRKCƏMİZ: XİLAS NƏDƏDİR?
  • Ermənistan Krıma uçuşlar təşkil edir - Dünya dövlətləri arasında bir ilk
  • Ərəb Dövlətləri Liqası fövqəladə iclasa toplanır- Misirin tələbi ilə
  • Azərbaycan türklərinin ataları – Tarixin axınını dəyişən oğuzlar
  • Rəbiə deyil, Tomris ol!!!...
  • DÜNYANIN TÜRKLÜK QORXUSU - “Türklər sizdən uzaq durduqca, türklərdən uzaq durun...”

    • Tarix: 6-07-2021, 09:52



    Dünya tarixinin yazılı qaynaqlarının məlumatına görə, indiyə qədər türklər 114 dəfə dövlət qurmuşlar. Maraqlıdır ki, dövlət yaratmaqda çox bacarıqlı olan türklər, həmin dövlətlərini ya öz əlləri ilə dağıtmış, ya da onların yox olmasının başlıca səbəbkarı elə özləri olmuşlar. 

    Hun türklərinin eramızdan öncə, 1760-cı ildə müstəqil dövlətləri olduğu və bu dövlətin 2 min ildən artıq öz varlığını sürdürdüyü barədə Çin qaynaqlarında bilgilər vardır. Kuman, Saka, Göktürk, Tabqac, Xəzər, Toha, Qarluq, Peçeneq, Bulqar və onlarca digər türk boyları tarixdə iz qoymuşlar. Türklərin 16 imperatorluğunun olması bir gerçəkdir, amma, Səfəvilər, Məmlüklər, Əyyubilər, Baburilər və Qutluq dövlətləri də bu siyahıya əlavə edilsə, imperatorluğun sayı 21-ə yüksələr.

    Türklərin hərbi qüdrəti ilk növbədə onlarla qonşu dövlətləri qorxuya salmışdı. Məhz bu səbəbdən İslam Peyğəmbərinin öz tərəfdarlarına söylədiyi “ اتْرُكُوا التُّرْكَ مَا تَرَكُوكُمْ- Utruku turkə ma tərkukum - Türklər sizdən uzaq durduqca, türklərdən uzaq durun” xəbərdarlığı məşhurdur (Bax: http://islamport.com/w/amm/Web/2569/10472.htm الكتاب: أرشيف ملتقى أهل الحديث ).

    Türklər tarixdə çox millətlərlə - çinlilərlə, farslarla, ərəblərlə, yunanlarla, ruslarla, italyanlarla, ingilislərlə, fransızlarla, ispanlarla, isveçlərlə və digərləri ilə döyüş meydanlarında dəfələrlə vuruşmuşlar. Demək olar ki, dünya millətlərinin əksəriyyətində türk əsgərlərindən bir ömürlük həzin xatirələr qalmışdır.

    Sultan Mehmet Fatihin komandanlığı ilə türk ordusunun 29 may 1453-cü ildə Şərqi Roma - Bizans imperiyasının varlığına son verməsi ilə dünyanın orta əsr çağı tamamlanmışdı. Türklərin hərbi gücünə tab gətirməyən Avropa dövlətləri o zamandan ideoloji anti-türk hərəkatına başlamışlar. Avropa ölkələrinin kilsələrində “missa contra Turcos - Türklər əleyhinə ayinlər" - adlanan tədbirlər keçirilməsinə start verilmişdi. Bu dini mərasimlərdə dinləyicilərə türklərin qəddarlığı haqqında moizələr oxunur və onlara təlqin edilirdi ki, türklərə ancaq xristian biriyi sayəsində qalib gəlmək olar ( Bax: A. Kirkman. The cultural life of the early polyphonic mass. Cambridge University press, 2010, p. 121).

    Türklər öz ərazilərini genişləndirdikcə avropalılar da eyni templə anti-türk təbliğatının vüsətini artırırdılar. Məsələn, XVI əsrdə Avropa ölkələrində türklərin əleyhinə təqribən 2500 yazı nəşr olunmuşdu. Bunlardan minə qədəri alman dilində yazılmışdı.

    Məqsədi türklərə qarşı hamıda kin və nifrət hissi aşılamaq olan bu yazılarda türklər qəddar, mədəniyyət düşməni və cahil olaraq təqdim olunurdular. Məsələn, 1683-cü ildə Avstriyanın paytaxtı Vyana şəhərindəki Müqəddəs Stefan kafedral kilsəsinin (St. Stephen's Cathedral) girişində türklərə qarşı xaç yürüşündə iştirak etmiş katolik rahibi Covanni Kapistranonun (1386-1456) heykəli qoyulmuşdur.
    Rahibin ayaqlarının altında cahadda ağır yaralanmış, can verən türk döyüşçüsü var. Heykələ türklər və islam Peyğəmbəri haqqında çox ağır, təhqiramiz yazı da həkk olunmuşdur. Həmin yazı 1945-ci ildən sonra mərmər həykəldən silinmişdir (Bax: Andre, Gingrich (April 2015). "The Nearby Frontier: Structural Analyses of Myths of Orientalism").



    Avropada, xüsusən Almaniyada, kilsə islahatçısı kimi tanınan, lütəryanlığın banisi sayılan Martin Lütər (1483-1546) o dönəmlərdə qızğın şəkildə türklər əleyhinə təbliğat aparanlara başçılıq etmiş, xristianlığı yox etmək işində türkləri "İblisin yardımçısı", "Dəccalın müttəfiqi" saymışdır ( Bax: Foley Sean. "Muslims and Social Change in the Atlantic Basin". Journal of World History. 20 (3), 2009, p. 377 ).

    Osmanlı sultanı IV Mehmedin zamanında (1642-1687) Avstriya, Venetsiya və Polşa birləşərək Osmanlıya qarşı hücum etmiş, 1683-cü ildə bir sıra yerləri ələ keçirdikdən sonra Avropa xalqları öz karnavallarında geyindikləri qiyafətlərlə türkləri təhqir etməyə başlamışdılar. Məsələn, isveçli keşiş Erland Driseliusun 1694-cü ildə nəşr olunan kitabında türklər xristianlığın qəddar düşməni olaraq təsvir edilmişdi (Bax: Turkey, Sweden and the European Union. Stockholm, April 2006, p. 7). 1795-ci ildə İsveç məktəbliləri üçün nəşr olunan kitablarda türklərin dini etiqadları və Quarani-Kərim haqqında iftiralar əks etdirən məlumatlar verilmişdi.

    Avropa dövlətləri Osmanlı dövlətinə qarşı çıxış edən bolqarlar, serblər, xorvatlar, polyaklar, yunanlar, ermənilər, çernoqoriyalılar, albanlar, çexlər və digər etnik qrupları açıq-aşkar dəstəkləyir, bütün mümkün vasitələrlə dünya ictimaiyyətində türklər əleyhinə müntəzəm kampaniya aparırdılar.
    Bu işdə din xadimləri, ədəbiyyatçılar, rəssamlar və bəstəkarlar fəal mövqe tuturdular. Çarlz Darvin, Cüzeppe Qaribaldi, Vilyam Şekspir, Oskar Vayld, Migel de Servantes, Viktor Hüqo, Fyodr Dostayevski, Corc Bayron, Ernest Heminquey kimi tanınmışlar öz oxucularına türklük qorxusu körükləyənlərdən olublar.
    Məsələn, türklər haqqında ağır ifadələr işlətmiş ispan yazıçısı Migel de Servantes (1547-1616) 7 oktyabr 1571-ci ildə baş vermiş İnebahtı dəniz döyüşündə (ispan qaynaqlarında- Batalla de Lepanto) türklərə qarşı vuruşanda sol qolundan yaralanmış və 5 il əsirlik həyatı yaşamışdır.

    Türklərə qarşı vuruşacaq xaçlı yürüşünə kapitan rütbəsində könüllü olaraq qatılan Migel de Servantes “Don Kixot” əsərində “xunxar türklər”dən qisas almaq fürsəti yaxaladığı üçün taleyinə minnətdar olduğunu yazmışdır. Türklərlə döyüşdə sol qolunu itirən Servantes ömrünün axırınadək “El manço Lepanto- İnebahtı əlili” ayaması daşımışdır.

    “Səfillər” əsəri ilə tanınan fransız ədibi Viktor Hüqo (1802-1875), “Uşaq” (“L’Enfant” ) şeirində türklərin, guya, barbar olduğunu isbatlamaq istəmişdir: Türklər keçib ordan, hər yer darmadağın, matəm içində (Les turcs ont passe là. Tout est ruine et deuil). Fransız ədibi və filosofu Volter (əsl adı: Fransua Mari Arue idi -1694-1778) Rusiya-Osmanlı müharibəsində (1768-1774) rus imperatriçası II Yekaterinaya yazdığı məktubda “Ülya həzrətləri, türkləri öldürərək mənə yenidən həyat verirsiniz.
    Siz Avropanın gücünü aldınız. Türk dilini və bu dildə danışanları Avropadan sürgün etmək gərəkdir. Türklərin hamısının kökünün qazıldığını görmək istərdim” ifadələri və bundan daha ağır fikirlər bildirmişdir. Prussiya kralına yazdığı məktubda isə həmin filosof “Yunanıstana zülm edən türklərdən hər zaman nifrət edəcəyəm”, – deyə bəhs etmişdir.

    Başqa bir fransız ədibi və filosofu Şarl Lui Monteskyö də (1689-1755) türklərə qarşı həqarət dolu sözlər sərf etməkdən çəkinməmişdir. Onun İsveçrədə imzasız nəşr etdirdiyi “Qanunların ruhu haqqında” (De l’esprit des loix) traktatında türklər barədə böhtan və iftiralar dolu fikirlər əks olunmuş və türkləri “dünyanın ən çirkin insanları” şəklində təsvir etmişdir. İngilis romantizminin öncüllərindən Corc Bayron (1788- 1824) türklərə qarşı vuruşub türk qanı axıtmaq üçün könüllü olaraq yunanlar tərəfdən savaşa qatılmışdı.

    Psixi problemləri olan, əyyaş həyat tərzinə düşkün rus yazıçısı F.M.Dostayevski (1821- 1861) “Karamazov qardaşları“ əsərində bir nəfər bolqardan eşitdiyi sözlərə inanaraq türklərin bolqarları yandırdıqlarını, doğradıqlarını, qadınlara və uşaqlara təcavüz etdiklərini, məhbusları qulaqlarından hasara mıxladıqlarını yazmışdır ("Турки жгут, режут, насилуют женщин и детей, прибивают арестантам уши к забору).
    Kommunizmin banilərindən sayılan Fridrix Engels (1820-1895) Kiçik Asiyada məskunlaşan türklərə qarşı öz nifrətini açıq şəkildə bildirməyə tənbəllik etməmişdir: “Avropanın ən gözəl torpaqları mədəniyyətsizlərdən qurtulacaqdır”.

    Yeri gəlmişkən, I Dünya Müharibəsi zamanı, 11 yanvar 1915-ci ildə Moskvadakı Tver meydanında təşkil olunmuş “Slavyan günü” mitinqində coşan mitinq iştirakçıları çar II Nikolaydan Çarqradı (yəni İstanbulu) ələ keçirməyi, İstanbuldakı Aya Sofyanın qübbəsinə xaç sançılmasını təmənni edirdilər.
    Şəkildə “Крест на Святую Софию” transparantı diqqət çəkir. Tver meydandakı heykəl isə 1877-1878 Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı hesab edilən general Mixail Skoblevin heykəli idi.
    V.İ.Leninin əmri ilə bolşeviklər o heykəli 1 may 1918-ci ildə yıxdılar. Bu gün efirə püskürən Kanareykin də (soyadını qəsdən sinonim sözlə dəyişdirdim), Dumanın qocaman sakini, prezident seçkilərinin əbədi uduzanı da - “долгоиграющий проигрыватель” (ruslar qramofon vallarını səsləndirən cihaza da belə deyirlər ) – elə o yüz il öncəki mitinq iştirakçılarının söylədiklərini təkrarlayırlar.



    Avropa ölkələri birmənalı şəkildə türklərin Anadoluda məskunlaşmasını qəbullana bilmir. Hər vəchlə onun başını daxili problemlərlə qarışdırmağa, iqtisadi çətinliklər burulğanında çabalamağa məcbur etməyə, etnik çatışmalarla boğmağa çalışırlar. 
    Avropalıların bir xristian təəssübkeşliyi var, ona görə də xristian birliyi olan Avropa birliyinə Türkiyənin daxil olmasına imkan vermirlər.
    Təsəvvür edirsinizmi, Moldova və Gürcüstan pasportu olanlar heç bir problem olmadan istədikləri Avropa ölkəsinə vizasız getmək hüququna sahibdirlər. Türkiyə və Azərbaycan pasportu olanların isə belə hüququ yoxdur. Gərək müvafiq səfirliklərə müraciət edib, bəlkə müsbət cavab verdilər ümidi ilə aylarla gözləyəsən. Avropa dövlətləri kimi, fars və ərəblərin də türklərə qarşı münasibətləri soyuqdur.

    Uzun zaman aparılmış anti-türk təbliğatı nəticəsində türk kökənli insanların bir qismi öz milli mənsubiyyətini, sözün əsl mənasında, unutmuşdur. Onlar türk adı eşidəndə diksinirlər. Çoxları TÜRK dedikdə yanlışlıqla sadəcə Anadoluda yaşayanları düşünürlər, halbuki türklərin böyük hissəsi Anadoludan kənarda - Orta Asiyada, Sibirdə, Doğu Türküstanda, Çində, Uralda, Volqaboyunda, Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə yaşayır.
    Siyasət və linqvistika tamam fərqli qavramlardır. Biz qürurla və məntiqlə “Bir millət, iki dövlət” deyirik. Türkiyə və Azərbaycan, həqiqətən də “bir millət, iki dövlət”dirsə və biz də bunu qəbul ediriksə, onda mübahisəyə ehtiyac qalmır. Bir millətin, təbii ki, bir dili olur. O ULU dilin də adı bəllidir.

    Millət və milliyyət məfhumlarını isə eyniləşdirmək olmaz. Məsələn, Amerika milləti yoxdur, milliyyəti var, Kanada milləti yoxdur, milliyyəti var, Yəmən, İraq, Suriya, Livan, Liviya, Misir, Əlcəzair, İran milləti yoxdur, milliyyəti var. Deməli, Amerika dili, Kanada dili, Avstriya dili, İsveçrə dili, İraq dili, Yəmən dili, Suriya dili, İran dili də yoxdur. Ləhcə, şivə, ağız, dialekt sinonim sözlər deyil, fərqli xüsusiyyətlərə malik terminlərdir.
    İstənilən sistemli dilin fonematik və sintaktik quruluşu o dilin qnoseoloji mənsubiyyətini müəyyənləşdirən həlledici amildir. Azərbaycan Respublikasının bütün vətəndaşları - türklər, talışlar, tatlar, ləzgilər, lahıclar, inqiloylar, saxurlar, avarlar, ruslar, yəhudilər, udinlər və başqaları, istisnasız olaraq, azərbaycanlıdırlar.

    Dıldə leksikoloji fərqlilik önəmli deyil, çünki ekstralinqvistik (siyasi, iqtisadi, mədəni, geopolitik səbəblər) faktorlar üzündən bir dildən başqa dilə yüzlərcə söz keçə bilir. Məsələn, dilimizdə çoxsaylı ərəb mənşəli sözlərin olması bizə dilimizin ərəb dili ilə qohum olması barədə düşünməyə əsas vermir. 
    Eləcə də, Anadolu və Azərbaycan türklərinin danışığında eyni anlayışı fərqli sözlərlə ifadə etmək də həmin dilin fərqli dil olduğuna dəlalət etməz: tren-qatar, bavul-çamadan, bekar-subay, yaz-yay, torun-nəvə, tencere-qazan, kepçe-çömçə, sis-duman vs. Maraq üçün qeyd edək ki, amerikan ingiliscəsi ilə Britaniya ingiliscəsi, Bavariya almancası ilə Saksoniya almancası, Misir ərəbcəsi ilə İraq ərəbcəsi, Paris fransızcası ilə Kvebek fransızcası arasında leksikoloji səviyyədə ciddi fərqlər olsa da, heç kim onları fərqli dil hesab etmir.

    Məsələn, londonlu bir qadın vaşinqtonlu bir qadına “ I have left my child's dummy in the pram and his nappy in the boot” söyləsə, vaşinqtonlu onu anlamayacaq və ya bostonlu bir oğlan mançesterli bir xanıma “you have nice pants” desə qız bu ifadəni təhqir kimi qəbul edəcək. Britaniyalıların “dummy” adlandırdıqlarına amerikalılar “pacifier”, “nappies”-“diapers”, “pram”- “baby carriage”, “boot”-“trunk” deyirlər. “İndi səndən kitabımı verməni rica edirəm” cümləsinin ərəb ədəbi dilində qarşılığı “Ərcuu minkə ən tu‘tiyəni kitabi halən” şəklindədir.
    Suriyalılar həmin cümləni “Bi-trəccaki’tini kitabi həllak”, fələstinlilər “İ‘məl ma‘ruf i‘tini kitibi həl’it”, əlcəzairlilər “İ‘tini iktab inta‘i druk”, tunislilər “Nuhibbək tu‘tini iktabi təvva”, misirlilər isə “Min fadlik iddini il kitab bitai dil va’t” işlədirlər.
    Misirlilər “qaf” hərfini yazsalar da, onu oxumurlar - “qəlb” sözünü “əlb” tələffüz edirlər, “cim” hərfini “qim” oxuyurlar - cumhuriyyət-qumhuriyyə; cəmal-qəmal, cəmil-qəmil vs; gələcək zamanı “hə” prefiksi ilə, inkarlıq bildirən “lə” yerinə “miş” deyirlər. Çoxsaylı fərqlərə rəğmən misirlilərin ləhcəsinə heç kim Misir dili demir. Oğuz türkcəsi ilə Qıpçaq və Uyğur türkcəsi arasında müəyyən morfoloji ayrılıqlar olsa da, onların ümumi ANA dili TÜRK dilidir.

    Özünü Avropa standartlarına uyğun, kosmopolit-liberal düşüncə sahibi zənn edən, xarici dillərin birində və ya bir neçəsində sərbəst danışmaq bacarığı olan bəzi ziyalılarımız öz milli mənsubiyyətini unutsalar da, avropalılar onların milli mənsubiyyətini əsla yaddan çıxartmırlar. Biz çox vaxt sadəlövhlüklə düşünürük ki, problemlərimizi dünyaya yetərincə çatdıra bilmədiyimizdən dünya ictimaiyyəti, Qarabağ məsələsi də daxil olmaqla, bizim problemlərimizə etinasız qalır. 
    Qətiyyən belə deyil. Yerin altını, üstünü, kosmosu ələk-vələk edən, dünyanı ovucunun içi kimi bilən Qərb dünyası çox gözəl anlayır ki, ermənilər Qarabağa gəlmə etnik qrupdur, İrəvan da türklərin dədə-baba yurdudur. BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri də gözdən pərdə asmaq idi: “Biz bundan artıq nə edək, ermənilərlə özünüz dil tapın”.
    Guya, Rusiya başda olmaqla, Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa 1992-2020-ci illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vandalizmi, cinayətləri, insanlığa sığmayan hərəkətlərini, şəhər və kəndlərimizin yer üzündən silindiyini görmürdülər? Görürdülər, amma nümayişkəranə şəkildə susurdular. Onların düşüncəsinə görə, dil - həqiqətləri gizləmək üçün vasitədir. Xristian təəssübkeşliyi və türklük fobiyası ilə məsələni unutdurulanadək təxirə salmağa, Azərbaycanı mövcud vəziyyətlə barışmağa məcbur etməyə çalışırdılar.

    Bu gün ermənilərin əbədi qəyyumu Rusiya, onlara ömrüboyu dayəlik edən Fransa, sözün əsl mənasında, reanimatoloq funksiyasını yerinə yetirirlər: ermənilərə havadan, sudan, qurudan gecə-gündüz hərbi təyinatlı yüklər daşıyırlar. İran İslam Cümhuriyyəti də bu işdə onlardan heç geri qalmır, haylara əlindən gələni əsirgəmir. 
    Bizim zənginlərimizin başı üstüörtülü fərdi, adrenalin dolu macəralara qarışanda erməni zənginləri nüfuzlu senatorları, konqresmenləri ələ alıb ermənilərin xeyrinə fəaliyyətə yönəldirlər: Les autorites françaises semblent de s'incliner devant la pression du puissant loby armenien - Görünür, fransız iqtidarı nüfuzlu erməni lobbisinin basqısına boyun əyir" (Bax: https://fr.linkedin.com/pulse/pourquoi-la-france-e...

    Fransa 1187-ci ildə səlib yürüşündə Səlahəddin Əyyubinin (1138-1193) komandanlıq etdiyi türk ordusunun fransızları Fələstin və Şamda darmadağın etməsini, yaxud 1799-cu ildə türk paşası Cəzzar Ahmet Paşanın (1730-1804) qoşunlarının Bonapart Napoleonun ordusunu Akka şəhərində məhv etməsini ya 1919-1922-ci illərdə Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə Anadolu türklərinin Fransa da daxil olmaqla, bütün ingilis, italyan, yunan, Avstriya, Kanada və Yeni Zelandiya qoşunlarını Anadoludan qovmasını türklərə, bəlkə, bağışlaya bilmir? Yoxsa, ona nə düşüb ki, gecə-gündüz Türkiyənin və Azərbaycanın əleyhinə işlər çevirsin, Avropa ölkələrini də bu işdə səfərbərliyə çağırsın?

    Türk olmaq məsuliyyətli işdir. Türk olsan bütün dünya sənə qarşı gələcəkdir. Bu məsuliyyəti daşımaq, bu çətinliklərə sinə gərmək hər millətin işi deyil. Türk olmamaq isə ondan da çətindir: rəqibin Türk dünyası olacaqdır. “Ne mutlu, TÜRKüm diyene!”


    Ramazan SİRACOĞLU

    Oxunub: 430
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.