"Taliban" Əfqanıstanla İran və Türkmənistan arasındakı keçidlərə nəzarəti ələ keçirib
“Taliban” qruplaşması Əfqanıstanla İran arasındakı baş sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirib.
“RİA Novosti” xəbər verir ki, bunu qruplaşmanın nümayəndəsi “France Press”-ə bildirib.
Agentliyin məlumatına görə, Əfqanıstanın İslam Qala yaşayış məntəqəsi tamamilə “Taliban”ın nəzarəti altındadır.
Qruplaşmanın nümayəndəsi deyib ki, qonşu dövlətlər sərhədlərinin təhlükəsizliyindən tam arxayın ola bilərlər.
Əfqanıstan hakimiyyəti bildirib ki, “Taliban” qruplaşması Türkmənistanla Əfqanıstan arasındakı sərhəd keçid məntəqəsinə də nəzarəti ələ keçirib.
Oxunub: 329
Xəbəri paylaş
Paylaş: