“Avropa İttifaqının sədri təsdiqlədi:
“Ermənistana 2.6 milyard avro ayırmışıq“
“Aİ Ermənistanın çiçəklənməsini, sabitliyini və təhlükəsizliyini təmin etmək üçün fəal tərəfdaşı olmaq istəyir”.
“RİA Novosti” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirib.
O, Aİ-nin Ermənistanda prioritet vəzifələrin həlli üçün 2.6 milyard avroluq maliyyə paketi ayrılması niyyətini təsdiqləyib.
Şarl Mişelin sözlərinə görə, tərəflər elə bir iş görməlidirlər ki, fondlar nəzəri və ya virtual deyil, konkret proqramlar üçün, xüsusən də infrastruktur, iqlim, nəqliyyat, rəqəmsal sahə və demokratik islahatların həyata keçirilməsi sahələrində istifadə olunsun.
Birgə brifinqdə iştirak edən Nikol Paşinyan Ermənistanın institusional islahatlar aparmaq, qanunun aliliyini təsdiqləmək və demokratik təsisatları möhkəmləndirmək üçün Avropa İttifaqı və Aİ üzv dövlətləri ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. “Aİ ilə əlaqələrimizdə əsas təşəbbüs olan “Şərq Tərəfdaşlığı”na da əhəmiyyət veririk və dekabr ayında planlaşdırılan zirvə görüşünə ciddi hazırlaşırıq”.