Ermənistan NATO təlimlərindən imtina etdi
Ermənistan ordusunun hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” təlimlərində iştirak etməyəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Ermənistanın NATO təlimlərindən imtina etməsinin səbəbini açıqlamayıb.
Qeyd edək ki, “Agile Spirit 2021” təlimi iyulun 26-dan avqustun 6-dək təşkil olunacaq. Təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan hərbçilər iştirak edəcək.
Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: