Avropa Rusiyanı mühasirəyə alır - Batumi bəyannaməsi

Dünən Ukrayna, Gürcüstan və Moldova prezidentləri Batumidə keçirilən görüşdə ölkələrinin Avropa ittifaqına üzv olmaq niyyətini ehtiva edən bəyannamə imzalayıblar.
Avropa İttifaqı ilə daha dərin inteqrasiyasiyanı nəzərdə tutan bu sənəd Batumi bəyannaməsi adlandırılıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, bu üç ölkə üçün dəyəri 2.3 milyard avro olan “misli görünməmiş” investisiya paketi hazırlanır, bu məbləğ əlavə olaraq 17 milyard avro investisiyanın cəlb olunmasına şərait yaradacaq.
Moskva bu proqramın əleyhinədir. Belarus Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırdığını bildirib. Azərbaycan Şərq Tərəfdaşlığı proqramının üzvüdür və Aİ ilə azad ticarətə dair assosiasiya sazişi imzalanması üzərində danışıqlar artıq uzun müddətdir davam etsə də, nəticə verməyib.
Batumi bəyannaməsi özündə nələri ehtiva edir, Avrointeqrasiyanın sürətlənməsi deyildikdə nə başa düşməliyik? Bizimyol.info-nun sualını cavablandıran politoloq Oqtay Qasımov bildirib ki, əsas məqsəd inkişaf və Rusiya təhdidlərindən qorunmaqdır.
“Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə yaradılıb. O Azərbaycan, Ukrayna, Belarus, Ermənistan, Gürcüstan və Moldovanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığına şərait yaratmaq məqsədi daşısa da, həmin ölkələrin Avropa İttifaqına üzvlüyü üçün rəsmi olaraq zəmanət vermir.
Tərəfdaş ölkələr burada hansı dividendlər əldə edir, hansı şərtlər tələb olunur sualına cavab olaraq deyim ki, bu Avropa İttifaqı ilə inteqrasiya, demokratik təsisatların gücləndirilməsi və qanunvericiliyin Avropa İttifaqının əsas hüquqi elementlərinə uyğunlaşdırılmasını nəzərdə tutur.
Batumi bəyannaməsinin imzalanması bu 3 dövlətin tam şəkildə Avropaya üz tutmasıdır. Bu 3 ölkə tamamilə Avropaya inteqrasiya yolunu tutublar, konkret addımlar atırlar, keçmişə qayıtmamaq üçün islahatların dərinləşilməsindən danışırlar. Yəqin bu 3 ölkənin Avropaya atdığı ciddi addımların arxasında onlara verilən maddi dəstək dayanır. Bu vəsait həm iqtisadi dirçəliş, həm də Rusiya təhlükəsindən qorunmaq üçün nəzərdə tutulub.
Bəs Rusiya üçün Batumi sənədinə deməkdir. Bu bəyannamə sonra adıçəkilən ölkələrin NATO-ya üzvlüyü məsələsində imkanları artırır və Rusiyanın qonşuları belə çıxır ki, NATO ölkələri olacaq. Əlbəttə bu addımlar Rusiya tərəfindən xoş qarşılanmır. İndi Batumi deklarasiyası bu dövlətlərə daha geniş fəaliyyət üçün imkan verir.
Hər üç dövlətin ərazisi Rusiyanın işğlına məruz qalıb. 2008-ci ildə Gücüstanın Osetiya və Abxaziya bölgələri işğal olunub, qondarma bölgələr müstəqil dövlətlər kimi tanınıb, bu Gürcüstanın suveren hüquqlarına təhdiddir. 2014-cü ildə Krım Ukraynadan alınıb, Donetsk və Donbas işğal olunub və hələ də gərginlik davam edir. Ukrayna məcbur olub öz müdafiəsini başqa müstəvilərdə axtarır. O ki qaldı Moldovaya, bildiyiniz kimi, 1992-ci ildə Dnestryanı əraziləri işğal olunub və qondarma rejim qurulub. Rusiya sülhməramlı adıyla ordusunu yeridib və hələ də tərk etmək istəmir.
Bu gün Rusiyanın apardığı aqressiv siyasət məcbur edib ki, onun zülmündən əziyyət çəkən ölkələr Avropya, NATO-ya kömək üçün üz tuturlar. Rusiya üçün halqa daralır və məhz bunu gözə alaraq o Ermənistanda və Azərbaycandakı mövqelərinin qorunmasında israrlı olacaq”.
Oxunub: 446
Xəbəri paylaş
Paylaş: