"Türkiyəyə qayıdacağını demişdi, amma..."- Abdullah Öcalanın qardaşı iflic oldu

İraq Kürd Muxtariyyətində yaşayan Osman Öcalanın oğlu Vəlad Osman atasının səhhətinin bir müddətdir pis olduğunu və beyin iflici səbəbiylə hərəkətetmə qabiliyyətini tamamilə itirdiyini söyləyib.
Atasının vegetativ hala düşdüyünü deyən Osman onun heç bir şeyə reaksiya verə bilmədiyinə diqqət çəkib.
Osman Öcalan son müsahibəsində Türkiyəyə dönmək istədiyini söyləmişdi: “Oraya qayıtdıqdan sonra yenidən siyasi fəaliyyətimə başlayacağam və o vaxta qədər aktiv siyasətdə iştirak etməyəcəyəm”.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: