Türkiyədə meşə yanğınları davam edir - 18 kənd boşaldıldı /FOTO-VİDEO

Antalya və ətraf vilayətlərdə meşə yanğınları davam edir.
Globall.az türk mediasına istinadən xəbər verir ki, güclü külək əsdiyinə görə yanğın ətraf qəsəbələrə də yayılıb.
Yerli hakimiyyət Antalyada 18 kənd və rayondan əhalini evakuasiya edib. Qonşu Adana və Mersin əyalətlərində də azı 16 kəndin evakuasiya edildiyi bildirilir.
Yanğının çimərlik zonalarında güclü tüstüyə səbəb olduğu da deyilir.

Oxunub: 352
Xəbəri paylaş
Paylaş: